Cümə günü, 13 noyabr 2026
     

Fərrux kəndi Xankəndiyə yolumuzu açır...

Image


Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsindən sonra Ermənistanda yaşanan siyasi şokun miqyası genişlənməkdədir. Fərrux kəndinin keçmiş “başçı”sı Artyuşa Mikayelyan bu fonda qeyd edir ki, əslində, Azərbaycanın nailiyyəti təkcə bu kəndlə məhdudlaşmır.

O, Daşbaşı kəndi ilə bağlı da Azərbaycanın mühüm üstünlüklər qazandığını vurğulayır: “Daşbaşının kiçik bir hissəsi, təxminən 30%-i bizim nəzarətimizdədir, qalanı azərbaycanlıların nəzarətindədir, reallıq budur”.

Onun sözlərinə görə, Fərrux kəndinin bir hissəsi Rusiya sülhməramlılarının nəzarətindədir, təxminən 100 metr aralıda sağ və solda azərbaycanlılar dayanıblar, kəndə gedən bütün yollar bağlıdır: “1 nəfərin qarşısında 100 azərbaycanlı dayanıb, böyük ehtimalla, personal daşıyan maşınlarla, silahlarla bu sektordadırlar”. Bunlara paralel olaraq, Azərbaycanın Fərrux kəndinə nəzarəti ələ keçirməsi ilə bağlı açıqlamasından sonra təhlilçilər bu ərazini “Xankəndiyə gedən yol” kimi qiymətləndirir. Bu haqda danışmazdan öncə qeyd edək ki, Azərbaycan hərbçilərinin Fərrux kəndi və yaxın yüksəklikləri nəzarətə götürməsi Rusiya və Azərbaycan Müdafiə nazirlikləri arasında ittiham xarakterli qarşılıqlı açıqlamalarla müşahidə olunmuşdu. Rusiya Müdafiə Nazirliyi Azərbaycanı "atəşkəsi pozmaqda" ittiham edərək bəyan etmişdi ki, Azərbaycan hərbçiləri Fərrux kəndindən geri çəkilib. Rusiyanın atəşkəs barədə iddialarının həqiqətə uyğun olmadığını bildirən Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək silahlı qüvvələrinin geri çəkilmədiyini açıqlamışdı. Sonradan yerli mediada yayılan, Fərrux kəndinə Azərbaycan bayrağının sancılmasının əks olunduğu deyilən görüntülər nə Rusiya, nə də Azərbaycan rəsmiləri tərəfindən təkzib olundu. Təhlilçilərə görə, Fərrux kəndi ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndiyə Azərbaycan hərbçilərinin yolunu açdığı üçün əhəmiyyətlidir.

Ermənistan mediası yazır ki, Azərbaycan silahlı qüvvələrinin Fərrux kəndinə keçməsinə görə Xocalının Pirlər (Əsgəranın Xramort) kəndinin əhalisi ərazidən çıxarılıb. Rusiya sülhməramlılarının nəzarəti altında Qarabağın ermənilər yaşayan hissəsində özünü "dövlət naziri" adlandıran Artak Beglaryan bildirib ki, Fərrux və Pirlər kəndlərindən 200-dək şəxs çıxarılıb. Elə bununla bağlı olaraq Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığı zamanı Azərbaycan ordusunun irəliləməsindən narahat olduğunu deyib. Lakin bu, hansısa dəyişikliyə səbəb olmayıb. Hərbi təhlilçi Üzeyir Cəfərov hesab edir ki, rəsmi Bakının Fərrux kəndini nəzarətinə götürməsi ərazinin hərbi strateji baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşımasından irəli gəlir: "Fərrux kəndindən Xankəndiyə birbaşa yol var. Eyni adlı yüksəkliyin ələ keçirilməsi Xankəndinin iki addımlığında olmaq deməkdir. Həmin ərazinin strateji əhəmiyyəti budur". Onun sözlərinə görə, Azərbaycan ordusunun yenidən bu ərazilərdə yerləşməsi Xankəndidə və digər ətraf ərazilərdə baş verənləri nəzarətdə saxlamağa imkan verəcək. O qeyd edib ki, ötən əsrin 90-cı illərində də Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyevin rəhbərliyi ilə o yüksəklik uğrunda çox gərgin mübarizə gedib.

Beynəlxalq Böhran Qrupu hesab edir ki, Azərbaycanı narahat edən məqam bu ərazilərdəki təhlükəsizlik şəraiti və gələcəkdə Ağdam ərazisində aparılacaq infrastruktur layihələrə təhlükə törətmə risqinin olması idi: "Biz görürük ki, Azərbaycanın Müdafiə Nazirliyi dislokasiya işləri çərçivəsində Fərrux kəndi və ətrafına nəzarəti ələ keçirdiyini bildirir. Lakin hadisələrin necə cərəyan etməsi barədə müxtəlif versiyalar və fikirlər səsləndirilir. İctimaiyyətə hadisələr təfsilatı ilə açıqlanmayıb və bu da əsaslandırılmamış fikirlərin cərəyan etməsinə səbəb ola bilir. Rəsmi Bakı İkinci Qarabağ müharibəsinin bitməsinə səbəb olan 10 noyabr Bəyanatının 4-cü bəndinə istinad edərək, Azərbaycan ordusu və Rusiya sülhməramlılarının olduğu ərazilərdə 3-cü növ hərbi birləşmənin mövcudluğunu qəbul etmir. Azərbaycan bir neçə dəfə Ermənistanı və Rusiyanı Qarabağdan erməni silahlılarını çıxarmağa çağırıb. 10 noyabr Bəyanatının 4-cü müddəasında deyilir ki, Rusiya sülhməramlıları Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. İndiyədək bu müddəalar Azərbaycan və Ermənistan arasında fərqli şərh edilib və ziddiyyətli mövqe yaradıb. Fərrux kəndi ətrafında baş verənlərdən sonra Rusiya Müdafiə Nazirliyi Azərbaycanı 10 noyabr Bəyanatını "pozmaqda" ittiham edib. Azərbaycan isə sənədə sadiq olduğunu deyib və Rusiyanın öz açıqlamalarında "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsini "ərazi bütövlüyünə hörmətsizlik" sayıb. O cümlədən, Azərbaycan xahiş edib ki, Rusiya öz bəyanatlarında Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərsin".

Rusiya Beynəlxalq Məsələlər Şurasının baş katibi Andrey Kortunov “BBC News”a  bildirib ki, rəsmi Moskva məsələni şişirtmək istəmir: " Rusiya belə bir texniki məsələni siyasi səviyyəyə daşımaq istəmir". O, zaman-zaman hərbi müstəvidə yaranan narazılıqlara diqqət çəksə də, baş verənlərin siyasi böhrana gətirib çıxaracağı ehtimalları inkar edib. Təhlilçi qeyd edib ki, Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini keçirməyə hazırlaşır: "Belə bir ərəfədə, eyni zamanda Rusiyanın bütün diqqətinin Ukraynaya yönəldiyi dövrdə Kreml administrasiyası Azərbaycanla siyasi əlaqələrin pozulmasında maraqlı deyil". Andrey Kortunov Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına diqqət çəkərək, tərəflər arasında toponim mübahisəsində Rusiya Müdafiə Nazirliyinin sərgilədiyi mövqeyi anlamadığını deyir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Fərrux kəndini Farux adlandırmışdı və bu da Azərbaycanın narazılığına səbəb olmuşdu. Millət vəkili Zahid Oruc da hesab edir ki, Rusiya və Azərbaycan arasında toponimlərlə bağlı narazılıqlar hüquqi müstəvidə həll edilməlidir: "Çox ümidvarıq ki, bundan sonrakı məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq. Baş verən son hadisələr iki ölkə arasında münasibətləri gərginləşdirməyəcək”. Xatırladaq ki, son il yarım ərzində Azərbaycan müdafiə və ya xarici işlər nazirliklərinin xətti ilə toponimlərə hörmət edilməsi ilə bağlı Rusiyaya dəfələrlə müraciətlər edib və bu tip məsələlər siyasi problemə çevrilməyib. İndilikdə isə hadisələr bir daha göstərir ki, Azərbaycanla Ermənistan arasında substantiv danışıqların başlanmasına ehtiyac böyükdür. Bu çərçivədə Ermənistan baş nazirinin Rusiyaya aprel ayındakı səfərindən sonra diplomatik danışıqlara qayıtmaq ehtimalı yarana bilər, amma bu çərçivədə Qərb dövlətlərinin də aktiv olmasına ehtiyac var. Bu arada onu da xatırladaq ki, son günlərdə Azərbaycan və Ermənistan bölgədə gərginliyin artmasına görə bir-birini ittiham etsələr də, sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ