Cümə günü, 13 noyabr 2026
     

Rusiyanın yanlış “Fərrux siyasəti” beynəlxalq təşkilatda ermənilərin işinə yarıdı - MDB olayı…

Image


Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında mübahisə yaşanıb. Bu hadisə Qazaxıstanın Almatı şəhərində MDB üzvü dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında Qarabağda baş verən son hadisələrin müzakirəsi zamanı baş verib.

Ermənistan parlamentinin sədri Alen Simonyan çıxışında deyib ki, guya Azərbaycan tərəfi atəşkəs rejimini pozub. Öz növbəsində, Milli Məclisin sədri Sahibə Qafarova iclasın yekun hissəsində söz alaraq rəsmi Bakının mövqeyini açıqlayıb: “Azərbaycan tərəfindən guya atəşkəs rejiminin pozulması barədə məlumat həqiqəti əks etdirmir... Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycanın suveren ərazisinə daxil olub, Azərbaycan Ordusunun birləşmələrinə qarşı növbəti təxribat həyata keçirməyə cəhd edib və nəticədə bizim Silahlı Qüvvələrimizin fəaliyyəti nəticəsində onlar geri çəkilməyə məcbur olublar”.

O, həmçinin bildirib ki, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata sadiqdir və bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur. Sahibə Qafarova eyni zamanda, erməni ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını tələb edib. O qeyd edib ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. Onun sözlərinə görə, bəyanatı imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır və cinayət məsuliyyətinə cəlb olunurlar.

Bu bəyanatlara cavab olaraq Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edib ki, pozuntular təkcə Ermənistan tərəfindən deyil, həm də bu ərazidə sabitliyin qarantı olan Rusiya tərəfindən qeydə alınıb: "Bir daha demək istəyirəm,  Ermənistan Azərbaycana sülh müqaviləsinin bağlanması ətrafında dərhal danışıqlara başlamağı təklif edir".

Azərbaycan Milli Məclisinin rəhbəri cavabında bəyan edib ki, Bakı dəfələrlə İrəvana erməni tərəfinə çox yaxşı məlum olan beş bəndi nəzərə alaraq sülh müqaviləsi imzalamağı təklif edib:

 “Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, bu işi həyata keçirməyə başlaya bilərik”.

Göründüyü kimi, artıq Rusiyanın rəsmi dairələrinin Qarabağda baş verənlərlə bağlı ifadə etdikləri yanlış mövqe  beynəlxalq tədbirlərdə belə Ermənistanın istinad mənbəyinə çevrilib. Elə bu,  son hadisələrin erməni təxribatı olduğuna ən bariz sübutdur. Bununla bağlı ekspertlərin rəyi necədir?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər Qarabağda baş verən proseslərlə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyinin verdiyi açıqlamalar heç də təsadüfi deyil: “Bu açıqlamaları 44 günlük Vətən müharibəsindən sonra Rusiya silahlı qüvvələrindən ibarət sülhməramlıların zaman-zaman imzalanan sənədlərə hörmətsiz siyasətinin davamı kimi qəbul etmək üçün ciddi əsaslar var. Diqqət etsək görərik ki, ötən il yarımdan çox müddətdə dəfələrlə Qarabağın bəlli ərazisində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları verdikləri açıqlamlarında, çap etdikləri hansısa xəritələrdə ancaq və ancaq ermənilərin xeyrinə “texniki səhvlərə” yol veriblər. Və bu yanlışlar Azərbaycanın rəsmi etirazlarından sonra aradan qaldırılıb. Üstəlik, sülhməramlılar daha çox öz missiyasına tamamilə zidd fəaliyyəti ilə diqqəti cəlb edib və bu, Azərbaycan cəmiyyətinin haqlı narazılığı ilə müşahidə olunub. Bura Ermənistanın başıpozuq silahlı dəstələrinin hələ də sülhməramlıların yerləşdiyi ərazidə himayə edilməsini və məhz həmin ərazilərdə atəşkəsin pozulmasını da əlavə etsək, Rusiya silahlı qüvvələrindən ibarət sülhməramlıların fəaliyyətinə kölgə düşür. Halbuki, 10 noyabr tarixli Bəyanatın 4-cü bəndinə əsasən, erməni silahlı dəstələri bölgədən tamamilə çıxarılmalıdır. Həmin sənədə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Bu qədər birtərəfli qaydada davam edən proseslər əsaslı şübhələr doğurmaya bilməz. Mümkün deyil ki, Rusiya Müdafiə Nazirliyi kimi ciddi bir qurum verdiyi açıqlamanın elə bu ölkənin prezidenti Vladimir Putinin imza atdığı sənədlərə tamamilə zidd olmasını anlamasın. Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart tarixlərində verdiyi açıqlamalarda əks olunan məqamlar içərisində həqiqətə uyğun gələn bir dənə də fakt yoxdur. Və bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin haqlı bəyanatları yayılıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması, Azərbaycan hərbçiləri arasında yaralananların olması barədə həqiqətdən uzaq fikirlər yer alıb. Bütün bu yanlış məlumatlara Ermənistanın beynəlxalq tədbirdə istinad edərək Azərbaycanı qaralamaq cəhdi açıq təxribatın konturlarını üzə çıxarır. Deməli, bütün bunlar Rusiya ilə Ermənistanın bizə qarşı planlaşdırdığı təxribatdır”.

Məhəmmədəli QƏRİBLİ

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ