Cümə günü, 13 noyabr 2026
     

Vətəndaş institutları Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində...

Image


Ölkəmizdə mövcud olan vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının hüquqi dövlət quruculuğunda rolu hər zaman müzakirə edilir. Azərbaycanda kifayət qədər ciddi statusa malik olan vətəndaş cəmiyyətinin heç şübhəsiz ki, hüquqi dövlət quruculuğunda rolu az deyil.

Bəzi mütəxəssislərin vurğuladığı kimi, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə birbaşa bağlıdır. Azərbaycanın zəngin dövlətçilik tarixində mühüm hadisələr çox olub və bu hadisələrin də dövlətin möhkəmlənməsinə təsir şübhəsizdir.

  • Azərbaycanda dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox mühüm paya sahibdir…

Vətəndaş cəmiyyətinin dövlət quruculuğunda, dövlətçiliyin inkişafında oynadığı rol yetərli sayıla bilərmi?

Ekspertlər bildirir ki, ölkəmizdəki vətəndaş cəmiyyəti institutları arasında hüquqi dövlət quruculuğuna, vətəndaş həmrəyliyinə ciddi dəstək verən qurumlar az deyil. Ekspertlərin qənaətinə görə, Azərbaycanda dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox mühüm paya sahibdir.

Ölkəmizdə vətəndaşların hüquq və mənafelərinin müdafiəsi istiqamətində görülən işlər də prosesə ayrı bir rəng qatır. Bu gün Azərbaycanda sosial ədalət prinsiplərinə söykənən demokratik-hüquqi dövlət qurulub. Əlbəttə, bu dövlətin qurulmasında ümummilli lider Heydər Əliyev mühüm rol oynayıb və müstəqil Azərbaycanın memarına çevirilib.  Ekspertlərin sözlərinə görə, məhz Heydər Əliyev  vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Ekspertlərə görə, danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Bu səbəbdən də, Azərbaycanın müasir, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı haqlı olaraq Ulu Öndərin adı ilə bağlanılır. Bunu da ekspertlər bildirir.

  • “Vətəndaş cəmiyyətinin çox güclü imkanları, potensialı var”

Mövzunu “Bakı-Xəbər”ə şərh edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaş cəmiyyəti inkişaf etməyə, formalaşmağa başlayıb. “Ölkədə “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” Qanun 2000-ci ildə qəbul olunandan sonra bu günə qədər 4 minə yaxın QHT qeydiyyata alınıb. Təəssüf ki, onların çox az qismi hazırda fəaliyyət göstərir. Vətəndaş cəmiyyəti kifayət qədər güclənib, təcrübə toplayıb. Amma maliyə problemi ucbatından illərlə qazanılan kadrlar iş yerlərini tərk edib. Məsələn, dövlət və özəl sektorda çox güclü maddi-texniki baza var, eynu zamanda digər nöqteyi-nəzərdən onlar çox inkişkiaf ediblər. Bu gün vətəndaş cəmiyyəti onlarla müqayisədə xeyli zəif durumdadır. Lakin vətəndaş cəmiyyətinin çox güclü imkanları, potensialı var. Əgər bundan sonra ölkə Prezidenti cənab İlham Əliyevin, QHT-lərə dövlət dəstəyi agentliyinin dəstəyi və digər resurslarla vətəndaş cəmiyyətinin maddi-texniki bazasını yüksək səviyyədə qura bilsək, həmçinin onun daimi maliyə təminatını sistemli şəkildə reallaşdıra bilsək əlbəttə, vətəndaş cəmiyyətinin dövlət quruculuğunda, dövlətin inkişafında, beynəlxalq əlaqələrin qurulmasında mühüm rol oynamaq üçün kifayət qədər imkanları var xidmət etsin. Bu imkanları səfərbər etmək üçün də, dediyim kimi vətəndaş cəmiyyətinin dayanıqlı fəaliyyət göstərməsi üçün dövlət təminatına ehtiyacı var. Biz bunu ekspertlər olaraq, vətəndaş cəmiyyətinin aparıcı QHT-lərinin rəhbərləri olaraq dəfələrlə müzakirə etmişik. Düşünürəm ki, bu məsələ çox aktual məsələdir. Dövlət səviyyəsində bu məsələyə dəstək olmalıdır. Əgər bu dəstək olarsa vətənda. Cəmiyyəti həm dövlətimizin inkişafı ilə əlaqədar olaraq, həm də bir çox böyük milli və beynəlxalq layihələrə imza atmağa hazır vəziyyətdədir”- deyə R.Zeyni vurğuladı.

  • “Vətəndaş Cəmiyyəti ölkənin mühüm məsələlərində, sözsüz ki, böyük rol oynayır”

"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı isə bizimlə söhbətində bildirdi ki, dövlətin elə bir sahəsi yoxdur vətəndaş cəmiyyətinin orada rolu olmasın, o cümlədən də hüquqi dövlət quruculuğu prosesində QHT-lərin rolu böyükdür: “Vətəndaş Cəmiyyəti ölkənin mühüm məsələlərində sözsüz ki, böyük rol oynayır. Dövlətin elə məsələsi yoxdu ki,  orada Vətəndaş Cəmiyyəti kənarda qalsın. Dövlətçiliyin qorunmasında, müəyyən məsələlərə  reaksiyada ləngliklər var. Bu da ondan irəli gəlir ki, həmin Vətəndaş Cəmiyyəti nümayəndələrinin bəziləri sanki dövlətdən alınan qrantlara işləyirlər. Layihələrini aldılar vəssalam, müəyyən məsələlərdə  bunların tükü tərpənmir. Amma insafla deyək, yetərli QHT- lər oldular ki, 44 günlük Vətən Müharibəsində sanki savaş bu təşkilatlarının içindən keçdi. Aktivliyin bir qədər az olmadının da bəlkə səbəblərindən biri həm də müəyyən Vətəndaş Cəmiyyəti üzvlərinin bəslənməsidir.Yəni harada görsən bunlar başdadılar. Bu heç də onların dövlətə bağlılıqlarından irəli gəlmir ki, hər yerdə öndədilər. Sosial şəbəkə gözəl meydandır. Burada boğazdan yuxarı vətən deyənlər də gözəl görünürlər. Sadəcə artıq həqiqi vətənsevərlər ortaya çıxarılmalıdılar. Niyə bəzi sahələrdə olduğu kimi 10-15 Vətəndaş Cəmiyyəti üzvü var ki, hər şey bunlar üçün olunur. Bu çox pis nümunədir. Bəlkə də aktivliyin  aşağı olmasında belə amillər də rol oynayır. Həqiqi dövlətə, vətənə bağlı olan insanlar var, onu canından artıq sevir, sayılmırlar. Sadəcə insanların təqdimatı doğru aparılmalıdır. Ölkənin birinci şəxsinin qarşısına qoyulan siyahılarda  qeyd etdiyim yalnız 10-15 nəfər varsa digərləri incik qalıb kənardan baxmağa üstünlük vermək məcburiyyətində qalacaqlar. Artıq Vətəndaş Cəmiyyəti üzvlərinin içində oliqarxlar formalaşıblar. Sizcə Vətən belələrinin cibindən keçirsə onun üçün vətən, dövlət dəyərləri üstün ola bilərmi? Kəskin oldu, elə deyilmi? Lakin reallıq bundan ibarətdir. Çox təcili insanlara yanaşma dəyişməlidir. Nəhayət həqiqi dövləti sevənlərlə, boğazdan yuxarı" dövlət, vətən qoruyucuları" ayrılmalıdılar. Bu olmayacaqsa dövlət itirəcək. Bir ovuc insan var ki, onlar həqiqətən çətin  şəraitlərdə dövlətin yanında olacaqlar. Bax dövlət məhz həmin kəslərə arxalanmalıdır. Onlar arxaları ilə yüzlərlə insanı apara bilərlər. Elə belələri də vəzifələrə təyin olunmalı, onlara qayğılar göstərilməlidi. Ölkəmiz kiçikdir. Kənardan hamı gözəl görünür.Məhz həmiz "xalq artistləri" bəslənəndə bu dövlətə bağlı insanlar kənarda qalanda  çox pis nümunələr ortaya çıxır!” - deyə M.Əsgərqızı qeyd etdi.

QHT sədri onu da bildirdi ki, bunlara rəğmən, sözün həqiqi mənasında hüquqi dövlət quruculuğuna böyük töhfələr verən qeyri-hökumət təşkilatları da var və onlar hər zaman dövlətçiliyimizin qorunması, müdafiəsi istiqamətində səylərini davam etdirəcəklər.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ