Cümə günü, 13 noyabr 2026
     

Rusiya sülhməramlılarına ümidi puç olan İrəvan sülh müqaviləsinin vacibliyini “xatırladı”...

Image


Azərbaycanın sülh müqaviləsinin imzalanmasına dair Ermənistana ünvanladığı təklifin yerinə yetirilməsinin qaçılmaz olduğunu İrəvanda indi daha yaxşı başa düşməyə başlayıblar. Bunu  Ermənistan Təhlükəsizlik Şurasının son iclası da təsdiq edir. İclasın nəticələrindən belə bəlli olub ki, Ermənistan Azərbaycanı tez bir zamanda hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamağa dəvət edir.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağda yeni əməliyyatlara başlaya biləcəyini istisna etmir. Şura Qarabağdakı vəziyyəti son dərəcə gərgin qiymətləndirib. Elə bu səbəbdən indi ermənilərin yadına sülh müqaviləsi düşüb. Dünənə qədər Bakının sülh sazişi təklifinə cavab verməyən İrəvanın fikrini dəyişməsi təsadüfi deyil. Qarşı tərəf Azərbaycan ordusunun Fərrux kəndini azad etməsindən sonra vəziyyətinin çıxılmazlığını daha yaxşı başa düşməyə başlayıb. Belə ki, Qarabağdakı Rusiya sülhməramlılarına güvənən Ermənistan Fərrux kəndinin azad edilməsindən sonra hesablamalarının yanlış olduğunu görür. Elə bu səbəbdən Ermənistan Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 baza prinsipinə tezliklə razılıq verməyə məcburdur. Bunu Ermənistanın “Qraparak” qəzeti də xüsusi olaraq vurğulayır: “Son günlərdə Qarabağda vəziyyət gərginləşib və  Ermənistan hakimiyyəti tərəfindən anti-Rusiya əhval-ruhiyyəsi formalaşdırılır. Fərrux kəndi ətrafında olanlar fonunda Qarabağda yerləşən rus sülhməramlılardan cavab tələb edilərək ərazidəki problemləri rus tərəfinin üzərinə “qoymağa” cəhd edilir. Belə təəssürat yaranır ki, 10 noyabr bəyanatını ruslar və azərbaycanlılar imzalayıb, erməni tərəfi yoxdur. Qarabağdakı mənbələrimiz deyir ki, Qərbin himayəsi altında rusların arxasında ermənilər Azərbaycanla “kölgə razılaşmasının” əldə olunmasına çalışır və indi hər iki tərəf sülhməramlıları “sobaya vermək”, onların missiyasını və təhlükəsizliyi təmin etmək niyyətini şübhə altına almaq istəyir. Nəticədə ya Paşinyan İlham Əliyevin irəli sürdüyü sülh müqaviləsini imzalayacaq, ya da Qarabağda yeni savaş olacaq. Xüsusən də vaxt ruslar üçün əlverişli deyil, Ukrayna münaqişəsinə görə onlar əvvəlki təsirlərini itiriblər və münaqişənin nə vaxt həll olunacağı məlum deyil. Maraqlıdır ki, bu günlərdə Paşinyanın göstərişi ilə parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan parlamentdə təcili mətbuat konfransı keçirib. O, mətbuat konfransına ruslarla “zarafat” etməklə başlayıb, baş verənlərə görə bütün məsuliyyəti Rusiya tərəfinin üzərinə atıb. Amma yəqin ki, həddini aşıb, ona görə də mətbuat konfransını yarımçıq qoyaraq telefona cavab verib. Sonra o geri qayıdıb, mövqeyini yumşaldıb. Əldə etdiyimiz məlumata görə, zəng edən Nikol Paşinyan olub.

Bundan əlavə, müxalifətin təklifi ilə hakimiyyət Qarabağdakı vəziyyəti müzakirə etmək üçün qapalı iclas keçirib. İclasa “xüsusi qonaq” qismində baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət olunub. Lakin müxalifət qəzəbli və məyus halda iclası tərk edib. Bəziləri yeni heç nə eşitməyəcəklərini düşünərək iclasın ortasında otağı tərk ediblər. Sonradan bizə dedilər ki, hakimiyyət Qarabağın “statusu” ilə bağlı heç nə açıqlamayıb. İctimaiyyət qarşısında dediklərindən artığını deməyiblər. Yalnız danışıqlarda Qarabağın “müqəddəratını təyin etməyə” çalışdıqlarına eyham vurublar, lakin Qarabağın Azərbaycan daxilində “statusu”nu müzakirə etməyəcəklərinə söz verməyiblər. Deputat Geğam Manukyan Qarabağdakı qaz probleminə və Qarabağ sakinlərinə ümid yaradacaq digər məsələlərə normal, məlumatlı cavablar verə bilməyən Mher Qriqoryandan məyus olub. Bir sözlə, mənasız iclas olub və hakimiyyət müxalifətin gözləntilərini doğrultmayıb. Deputatlara heç bir məxfi, açıqlanmayan məlumat verilməsəydi, qapalı iclas keçirməyin ümumiyyətlə mənası olmazdı”. Belə bir vaxtda Qarabağdakı qondarma rejimin “Milli Assambleyasının sədri” Artur Tovmasyan da maraqlı açıqlamalar verib: “Son günlər kimlərsə Xankəndidə aranı qarışdırmaqla məşğuldur. Azərbaycan ordusunun bir neçə yüksəkliyə nəzarəti əla alması vəziyyəti daha da gərginləşdirib. Vəziyyət Xankəndidə nəzarətdən çıxır. Kimlərsə burada Azərbaycan sevgisi aşıladır və bildirirlər ki, Azərbaycanın tələblərini qəbul etsəniz, yaxşı yaşayacaqsınız. Bu, daxildə çevriliş etmək istəyənlərin planıdır. Azərbaycan insanların fikrini təbliğat vasitəsi ilə dəyişdirir. Bu isə qarşışıalınmaz bir situasiya yaradıb. Xankəndidə mitinq edənlər Azərbaycana xidmət edənlərdir. Bəli, Xankəndidə Azərbaycan tərəfdarları mitinq edir”. Bütün bunlar fonunda erməni tərəfi yaxşı görür ki, işğaldan azad edilmiş ərazilərdə yenidən vəziyyətin gərginləşməsinə cəhd heç bir uğur gətirməyəcək. Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi ermənilər üçün mühüm dərs, Azərbaycan üçün növbəti tarixi qələbədir. Hazırda Qarabağda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri geniş vüsət alıb. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, vacib kommunikasiya xətlərinin bərpası, yolların və tunellərin tikintisi, inzibati və yaşayış binalarının inşa olunması beynəlxalq aləmdə də diqqətlə izlənilir. Bütün bunlardan Ermənistan da faydalana bilər - yalnız sülh sazişini imzalamaqla. Əks halda Ermənistan, əvvəlki illərdə olduğu kimi, yenə də bütün layihələrdən kənarda qalacaq. Bu isə onsuz da ağır olan ölkədaxili vəziyyəti uçuruma daha da yaxınlaşdıracaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ