Cümə günü, 13 noyabr 2026
     

ABŞ mediasında sanksiya ilə vurulacaq Rusiya dostları - siyahıda Ermənistan da var...

Image


“Financial Times” qəzetinin yaydığı məlumata görə, ABŞ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən ölkələrə də sanksiya tətbiq edə bilər. Nəşr bildirib ki, ilk növbədə Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan sanksiyalara məruz qala bilər.

Mətbuatda qeyd edilənə görə, bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Rusiyaya sanksiyalardan yayınmağa yardım edəcək ölkələrə sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq etmişdi.

  • “ABŞ ədalətli davranarsa, Ermənistan da Rusiyaya hərtərəfli dəstək göstərən ölkələrdən biri kimi sanksiyalara məruz qalacaq...”

“Müasir İnkişaf” Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bizimlə söhbətində bildirdi ki, Ermənistana bütün hallarda ciddi sanksiyalar tətbiq edilməlidir. M.Göyüşlü hesab edir ki, Ermənistanın ABŞ tərəfindən sanksiyalara məruz qoyulacağı o qədər də inandırıcı görsənmir: “ABŞ-ın Rusiyaya kömək etdiyi üçün Ermənistana qarşı sanksiya tətbiq edəcəyi o qədər də inandırıcı görünmür. Çünki biz illərdir ABŞ-ı Ermənistanın himayəçilərindən biri kimi görürük, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi hər zaman Ermənistanın mövqeyini müdafiə edib, Azərbaycana qarşı ikili standartlar, qadağalar sərgiləyib. Bu ölkə Azərbaycana qadağalar, məhdudiyyətlər tətbiq edib, amma cinayətkar Ermənistanı himayə edib. Biz bunun həmişə şahidi olmuşuq. Yəni ABŞ-dakı erməni lobbisinin təpkisi, yaxud xahiş-minnəti sayəsində ABŞ heç vaxt Ermənistana “gözün üstə qaşın var” deməyib. Erməni lobbisi ABŞ-ın Ermənistanla bağlı dövlət siyasətinə hər zaman təsir göstərir, əsasən də buna nail olurlar. Bunu 907-ci Düzəlişdən tutmuş digər məqamlara qədər görmək olar. ABŞ illərlə Azərbaycan ərazilərini işğalda saxlayan Ermənisana, Qarabağdakı separatçılara yardım göstərib. Yəni hər zaman Ermənistanı dəstəkləyən, onun arxasında duran ABŞ-ın ona qarşı sanksiyalar tətbiq edəcəyi şübhəli görsənir. Amma bütün hallarda Ermənistanın Rusiyaya hərtərəfli dəstəyi göz önündədir. Ermənistan Rusiya tərəfindən Ukraynaya qarşı döyüşmək üçün “könüllülər” göndərib, dünən isə öz qırıcı təyyarələrini Rusiyanın ixtiyarına verib. Ermənistan qırıcı təyyarələrini Rusiyaya kömək üçün göndərib, bu da Ermənistanın Rusiyanın hərbi aqressiyasına, təcavüzünə açıq dəstək göstərdiyinin ifadəsidir”.

Ermənistanın Rusiyaya başqa cür də yardımlar etdiyini qeyd edən M.Göyüşlü hesab edir ki, ABŞ ədalətli olduğunu göstərmək istəyirsə bu ölkəyə qarşı açıq sanksiyalar tətbiq etsin və Ermənistan cəzasını alsın. M.Göyüşlü deyir ki, Ermənistan ac-yalavac ölkədir, amma buna baxmayaraq, öz tərəfini artıq bəlli edib: “Ermənistan, özünün ehtiyac içində olmasına baxmayaraq, Rusiyaya göstərdiyi açıq dəstəklə, eyni zamanda onu beynəlxalq sanksiyalardan yayındırmaq üçün atdığı addımlarla səfini bəlli edib, Rusiyanı seçdiyini göstərib. Ermənistan özünü Rusiya tərəfdarı kimi göstərir. Uzun müddət ikibaşlı oyun oynayan, çoxüzlü siyasət aparan Ermənistan özünü Qərbpərəst kimi göstərsə də, əslində gözdən pərdə asırmış. Bir məqamı da qeyd edim ki, Ermənistan ABŞ-ın, Avropadakı himayədarlarının sözünü heçə saymaqla özü özünü çıxılmaz dalana salıb. Amma gerçəkdən ABŞ Ermənistana sanksiyalar tətbiq edəcəkmi, yoxsa sakitcə qulağını burub, “ağıllı ol” deməklə kifayətlənəcək? Məsələ budur. Hesab edirəm ki, ABŞ ədalətli olduğunu sübut etmək üçün Ermənistana böyük dərs verməlidir. O zaman deyərik ki, ABŞ obyektivdir. Əgər ABŞ ədalətli davranarsa,  Ermənistan da Rusiyaya hərtərəfli dəstək göstərən ölkələrdən biri kimi sanksiyalara məruz qalacaq, yox, yenə də ikili standartlar, erməni lobbisinin canfəşanlığı işə düşəcəksə, onda Ermənistan yayınacaq. Mənə elə gəlir ki, ABŞ Ermənistana qarşı siyasətinə yenidən baxmalıdır, indiyə qədər Azərbaycana qarşı sərgilədiyi ədalətsiz mövqe barədə düşünməlidir”.

M.Göyüşlü qeyd etdi ki, Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi onun hələ də müstəqil siyasət yürüdə bilməməsidir. Qurum sədrinin sözlərinə görə, amma Azərbaycan müstəqil siyasət yürüdür, Ukraynaya humanitar dəstək göstərir, müharibənin tezliklə başa çatması, tez bir zamanda sülhün əldə olunması üçün çalışır, təşəbbüslər irəli sürür, Ermənistan isə müharibənin alovlanması üçün nə lazımdırsa edir. “Bütün bunlardan sonra ABŞ-ın Ermənistana sanksiya tətbiq etməməsi onun ermənipərəst bir ölkə olduğunun və qeyri-obyektivliyinin  göstəricisi olacaq. ABŞ Ermənistanı cəzasız qoymamalıdır”- deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ