Cümə günü, 13 noyabr 2026
     

Azərbaycandakı dini konfessiya rəhbərlərindən Avroparlamentə çağırış - qərəzli qətnaməni ləğv edin...

Image


Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa Parlamentində qəbul edilən “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” adlı qərəzli qətnamə ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

"Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, alban-udi və yəhudi konfessiyalarının rəhbərləri dindarlarımızın arzu və iradəsini ifadə edərək, 2022-ci ilin martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi ilə bağlı Birgə Bəyanatla çıxış edərək dərin narahatlığımızı bildirir, göstərilən sənədin ikili standartlara və islamofobiya meyllərinə məruz qalan və ermənipərəst siyasəti müdafiə edən mövqenin ifadəsi kimi dəyərləndiririk. Birmənalı şəkildə bildiririk ki, qətnamə mətnində yer almış fikirlər yanlış və böhtan xarakteri daşıyır və tamamilə qəbuledilməzdir.

Nəinki Avropa Parlament nümayəndələri, bütün dünya bilməlidir ki, Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində dinc yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən tarixi-dini abidə kimi qorunur. Bununla belə, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilib, qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri özününküləşdirilib, məscidlər tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub.

Biz, Azərbaycandakı müxtəlif etnik və dini icmaların nümayəndələri Qarabağ torpaqları azad edildikdən sonra həmin ərazilərə səfərlərimiz zamanı orada Ermənistan tərəfindən tarixi, və mədəni abidələrə, xüsusən müsəlman məscidlərinə və mövcud olmuş infrastruktura Ermənistan tərəfindən törədilmiş vandalizmin, qədim alban xristian və pravoslav kilsələrinə qarşı qriqorianlaşdırma siyasətinin həyata keçirildiyinin canlı şahidləriyik.

Sizə yaxşı məlumdur ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Cenevrə Konvensiyası, Helsinki Yekun Aktının əsas müddəalarını kobud şəkildə pozaraq, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20%-ni hərbi işğala məruz qoymuş, bir milyondan artıq azərbaycanlı Ermənistandakı və Qarabağdakı doğma ocaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur olmuşlar.

Ermənistan öz ərazisindəki tarixi Azərbaycan dini abidələrini, İrəvan məscidləri olan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər mədəni-mənəvi irs nümunələrini, nadir memarlıq abidələrini tamamilə dağıdıb, İrəvanın mərkəzində yeganə salamat qalan “Göy məscidi”nin orada “baş verən” yanğından sonra memarlıq xüsusiyyətlərini qəsdən dəyişdirmişdir. Azərbaycanlılara məxsus mədəni-mənəvi irsin dağıdılması ilə bərabər Ermənistan, Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim alban kilsələrini qəsb edib, mənşəyini dəyişdirərək qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə məhv etmişdir.

Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdikdən sonra erməni tərəfi bütün dünyaya aşılamağa çalışır ki, guya onlar Azərbaycan tərəfindən təcavüzə məruz qalmışlar. Əslində isə, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti qonşu ölkənin ərazisini işğal etmək məqsədilə Ermənistan tərəfindən başlanmış və onlar bu münaqişənin müsəlman - xristian qarşıdurması olması barədə həqiqətə uyğun olmayan yalanlar yayaraq, özlərini məzlum xalq kimi təqdim edir, bununla da xristian aləminin təəssübkeşliyini qazanmağa çalışır. Təəssüf ki, öz işğalçı niyyətlərini, özgə torpaqlarına ərazi iddialarını ört-basdır etmək üçün erməni təbliğatı müxtəlif vasitələrdən, o cümlədən dini amildən də fəal surətdə istifadə etməkdədir.

Buna görə də biz, Zati-Müqəddəsləri Roma Papası Fransisk, Zati-Müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirill, digər dini liderlərə və beynəlxalq təsisatlara müraciət edərək din xadimlərindən ibarət nümayəndə heyətlərini işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin dəhşətli nəticələrini öz gözləri ilə görmək məqsədilə Azərbaycana səfərə dəvət etmişik.

Erməni işğalı nəticəsində minlərlə tarix və mədəniyyət abidələri, kitabxanalar, mədəniyyət mərkəzləri, yaşayış binaları, məktəblər, muzeylər, sənət qalereyaları və teatrlar, ziyarətgahlar və qəbiristanlıqlar məhv edilmiş və talan olunmuşdur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi qeydiyyatda olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılmış, 3-ü isə acınacaqlı vəziyyətdədir. Bir vaxtlar inkişaf etmiş Azərbaycanın inzibati mərkəzləri xarabalıqlara çevrilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərimizə səfər edən xarici müşahidəçilər bu məntəqələri “ruhlar şəhəri” və ya “Azərbaycanın Xirosiması” adlandırmışlar.

İşğalçı Ermənistan dövlətin vandalizm aktlarının əsas məqsədi “böyük Ermənistan” xülyası ilə azərbaycanlıların əzəli torpaqlarında həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olmuşdur.

İndiki Ermənistan ərazisində və Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşımalı və Avropa Parlamentinin qərəzli qətnaməsində qeyd edildiyi kimi cəzalandırılmalıdır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür və Avropa Parlamenti tərəfindən qətiyyətlə pislənməlidir.

Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər günahsız insanın vəhşicəsinə qətlə yetirildiyi, o cümlədən 8 ailənin tamamilə məhv edildiyi, bu şəhərin yerlə-yeksan olduğu soyqırımına avropalı parlamentarilər hüquqi qiymət vermək haqda düşünmürlər və bu genosidin günahkarları hələ də mühakimə olunmayıblar və onların bəziləri, hətta Ermənistanda rəhbər vəzifələrdə olmuş şəxslər, bu dəhşətli cinayətdə iştirak etdikləri ilə qürur duyduqlarını bildirirlər. Buna görə də, erməni hərbi-siyasi rəhbərliyi “Yeni torpaqlar naminə yeni müharibələr”, “Qarabağ Ermənistandır” deyərək öz xalqını işğalçılığa sürükləyəndə, II Dünya müharibəsi zamanı alman faşistləri ilə sıx əməkdaşlıq edən, erməni rassist hərəkatı olan “tsexakron” ideologiyasının banisi Njde-Qareqin Ter Arutunyanın xatirəsini əbədiləşdirərək ona İrəvanda heykəl ucaldılan zaman Avropa Parlamenti öz səsini ucaltmadı və Ermənistan rejimi öz qəsbkarlıq əməllərinə dəstək almış oldu və indi də Azərbaycana qarşı öz təxribatlarını davam etdirərək revanşizm şüarları ilə çıxış etməkdədir.

1982-ci ildə ABŞ Dövlət departamentinin aylıq bülletenində ilk dəfə “erməni terrorizmi” ifadəsi rəsmi ifadə olunmuşdur. Sırf nasist-terrorçu mənəviyyatına əsaslanan “Armenakan”, “QNÇAK”, “Daşnaksutun”, “ASOA”, “ASALA” və digər bu kimi erməni terror təşkilatları dünyanın müxtəlif bölgələrində, o cümlədən bir sıra Avropa ölkələrində təşkilatlanaraq Azərbaycan və Türkiyəyə qarşı öz məkrli zorakılıq siyasətlərindən əl çəkmirlər.

Mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda mövcud olan tarixi-dini abidələr bu ölkədə yaşayan xalqların milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən müqəddəs məkanlardır. Bu irs nümunələri daim Azərbaycan dövləti tərəfindən qayğı ilə qorunur, məscidlərimiz, kilsələrimiz və sinaqoqlarımız təmir edilir, yeniləri inşa olunur. Multikultural ənənələrə sadiq olan Azərbaycan dövləti bu siyasəti prioritet istiqamət kimi dəyərləndirir və nəinki Azərbaycanda, hətta dünyanın müxtəlif bölgələrində, Vatikanda “katakombaların”, Fransada Roma kilsələrinin, Strasburqda qədim “vitrjların”, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr vermişdir.

Bunun müqabilində erməni yalanına uyan beynəlxalq qurum – Avropa Parlamenti qərəzli anti-Azərbaycan qətnaməsini qəbul edir və ölkəmizi “erməni mədəni irsini məhv etməkdə” günahlandıraraq cəzalandırmağa çağırır.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa Parlamentində “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” adlı qərəzli qətnamənin lehinə səs vermiş 635 parlamentarilərə öz narazılığımızı və bu hadisəni təəssüflə qarşıladığımızı bildiririk. Bu kimi yanaşmalar Avropa Parlamentinin ikili standartlara əsaslanaraq birtərəfli ermənipərəst mövqeyə malik olması qənaətini yaradır. Biz, Azərbaycanda erməni qəsbkarları və terrorçuları tərəfindən yüz ildən artıq müddətdə azərbaycanlılara və burada yaşayan digər millətlərin nümayəndələrinə qarşı törədilən qətliamlara, mədəni-mənəvi irsimizin dağıdılmasına siyasi-hüquqi qiymət verməyə, həqiqəti yanlışdan seçərək ədalətin yanında olmağa və bu qərəzli qətnaməni ləğv etməyə çağırırıq".

Birgə bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ