Ermənistan növbəti hiyləyə əl atmağı düşünür. Zaman-zaman Türkiyəyə qarşı ərazi və "soyqırım" iddialarını gündəmə gətirən ermənilər indi də yeni metoddan istifadə etmək qərarına gəlib. Onlar bu dəfə Türkiyə ərazisində yerləşən Ağrı dağını UNESCO səviyyəsində özününküləşdirmək istəyirlər. Ermənilərin belə sevdaya düşməsi nə ilə bağlı ola bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ermənilərin yenidən bu sahədə aktivləşməsinin səbəbi rəsmi Ankarada axtarılmalıdır: "Bunun səbəbi Türkiyənin prezidentidir. O, ermənilərə o qədər "ayaq verdi" ki, onlar bundan sonra da bu cür iddialarına davam edəcək. Bu hal bir-birinin ardınca bundan sonra da davam edəcək. Ermənilər Ağrı dağına Ararat deyirlər. Bu dağın təsviri onların gerbində də var. Bu uydurmadır. Ermənilərin Dəclə və Fərat arasından gəldiyi hamıya məlumdur. Adları da haydır. Ağrı dağı heç zaman ermənilərin olmayıb. Beynəlxalq təşkilatlar bununla bağlı ağıllı davranmalıdır. Ermənilər lavaşdan dağa kimi özününküləşdirir. Ona görə də beynəlxalq təşkilatlar bu millətin xəstə təfəkkürə malik olması qənaətinə gəlməlidir. Dünya artıq bu üzdəniraqların hər şeyi saxtalaşdırdıqlarının fərqinə varmalıdır. Ermənilər fantaziya və barmaqdan sovrulub yazılan tarixlə yaşayır".