Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan ordusu dinc erməniləri yox, silahlı erməniləri Qarabağdan qovur...

Image


Vətən müharibəsinin başa çatmasından bir il dörd ay keçməsinə baxmayaraq, hələ də qanunsuz erməni silahlı dəstələri Qarabağda qalmaqdadır.

Baxmayaraq ki, qanunsuz silahlı dəstələrin hələ də ərazilərimizdən çıxarılmaması Rusiya prezidentinin, Azərbaycan prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanata ziddir. Həm 2020-ci ilin 10 noyabr, həm də 2021-ci ilin 11 yanvar bəyanatlarında bu məsələ aydın şəkildə öz əksini tapsa da, bu gün də qanunsuz erməni silahlı dəstələri ərazilərimizdə mövcuddur və onlar tez-tez Azərbaycan ordusunun mövqelərini, azad edilmiş kəndlərimizi atəşə tuturlar. Bir sözlə, hər addımbaşı təxribat törədirlər. Təbii ki, bu halda da Azərbaycan ordusu öz üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan Ordusunun son günlər qanunsuz erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılması ilə bağlı həyata keçirdiyi tədbirləri erməni mediası ciddi şəkildə təhrif edir. Onlar belə yazılar tirajlayır ki, guya Azərbaycan ordusu o kəndlərdə yaşayan mülki erməniləri qovur. Əslində isə 10 noyabr bəyanatına əsaslanaraq tam qanun çərçivəsində ərazilərimizdən qanunsuz erməni silahlı birləşmələrini çıxarır. Yəni Azərbaycan Ordusu xəbərdarlıq edir ki, ərazidə olan silahlı ermənilər çıxarılsın, yalnız mülki ermənilərin qalması şərtilə kəndlər boşaldılsın. Ermənilər isə hər cür yalanlara, təxribatlara əl atırlar, yalandan məlumat yayırlar ki, guya hədəf mülki ermənilərdir.

  • “Erməni mediası tərəfindən qanunsuz erməni silahlı birləşmələrinin “mülki əhali” kimi qələmə verilməsi yolverilməzdir”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında birgə üçtərəfli bəyanat imzalanıb, həmin bəyanatda qəbul olunan bəndlər tərəflərin qarşısına öhdəliklər və bu öhdəliklərin icrasını qoyub. “Lakin gördüyümüz kimi, üçtərəfli bəyanatın imzalanmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir. Xüsusən də 4-cü bəndlə bağlı öhdəliyi yerinə yetirməkdən yayınır. Bəyanatın 4-cü bəndində açıq göstərilir ki, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisi olan Qarabağdan çıxarılmalıdır. Rusiya sülhməramlılarının bu müddət ərzində öz işlərinə məsuliyyətsiz yanaşmalarının nəticəsidir ki, ermənilər bu əməllərindən əl çəkmirlər. Azərbaycan silahlı qüvvələrinin qanunsuz silahlı dəstələrə etdiyi çoxsaylı çağırışlara baxmayaraq, onlar öz təxribatlarını, qeyri-qanuni əməllərini davam etdirirlər. Rusiya sülhməramlılarının o qanunsuz silahlı dəstələrin əməllərinə göz yummasının nəticəsində Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrinin, separatçıların ərazilərimizdən çıxarılması üçün əməli fəaliyyətə keçdi. Xatırladım ki, bir müddət əvvəl Bakıda Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri ilə Rusiya Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də Rusiya sülhməramlı kontingentinin təmsilçiləri arasında görüş keçirildi. Həmin görüşdə bilavasitə 4-cü bəndlə bağlı məsələ qaldırıldı və Azərbaycan tərəfi qarşı tərəfə bildirdi ki, öz suveren ərazilərində dislokasiyalar aparacaqlar. Bundan sonra isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Rusiyanın müdafiə naziri Şoyqu arasında telefon danışığı oldu və bu bir daha vurğulandı. Lakin təəssüf ki, Rusiya sülhməramlıları bu dəfə də bu məsələ ilə bağlı etinasızlıq sərgilədilər və nəticədə Azərbaycan Silahlı Qüvvələri öz əməli tədbirlərini həyata keçirməyə başladı”.

R.Rəsulovun sözlərinə görə, Fərrux yaşayış məntəqəsi (Fərrux yaşayış məntəqəsində təxminən 10-15 ev var, bundan artıq ev yoxdur-R.R), Fərrux dağının strateji əhəmiyyətə malik olan əraziləri, Daşbaşı yüksəkliyi erməni silahlılarından təmizləndi. “Azərbaycan Ordusu mülki erməniləri hədəfə almayıb, onları qovmur. Ordumuzun həyata keçirdiyi tədbirlərin birmənalı olaraq hədəfi qanunsuz erməni silahlı dəstələrini, separatçları Qarabağdan çıxarmaqdır. Mülki  erməni əhalisinə qarşı heç bir addım atılmayıb, ordumuz qanunsuz silahlı dəstələrə qarşı addımlar atır. Ermənistanın rəsmi dairlərinin və mətbuatının yanlış məlumatları Qarabağdakı qanunsuz silahlı dəstələrin təxribatlarını pərdələməyə yönəlib. Erməni mediası tərəfindən qanunsuz erməni silahlı birləşmələrinin “mülki əhali” kimi qələmə verilməsi yolverilməzdir”.

R.Rəsulov burada Rusiyanın da təxribatlarına diqqət çəkdi: “Biz burada Rusiya sülhməramlılarının cəhdlərini də qeyd edə bilərik. Bu cəhdləri ki, o, xüsusən də Azərbaycanın müttəfiqi olan bir ölkənin qəbulolunmaz cəhdləri idi. Bildiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı bülletenində iki dəfə “Dağlıq Qarabağ” ifadəsi işlədib və bu sözü ortaya atıb. Halbuki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi mövcud deyil, Azərbaycanda Qarabağ regionu mövcuddur. Digər tərəfdən də Fərrux kəndinin adını erməniləşdirməsi, eyni zamanda Azərbaycanın atdığı addımlara qarşı maneələr törətmək cəhdləri və sair Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətilə bağlı suallar doğurur. Xüsusilə Ukrayna cəbhəsində uğradığı ağır və sarsıdıcı məğlubiyyətlərə rəğmən Rusiyanın hələ də Qarabağ regionunda öz mövqeyini qorumaq cəhdləri kənardan gülünc görünür. Artıq o da bəllidir ki, Qarabağdakı sülhməramlıların müəyyən birləşmələri Laçın dəhlizi vasitəsilə çıxarılmağa başlanıb. Düzdür, bu elə də böyükmiqyaslı tərketmə deyil. Lakin fakt budur ki, Rusiya ciddi şəkildə canlı qüvvə və texnikaya ehtiyac duyur. Bu baxımdan, Qarabağdakı sülhməramlı kontingentdən də Ukrayna cəbhəsində istifadə edilməyə başlayıb.

Əslində, Azərbaycan Ordusunun həyata keçirdiyi məlum əməliyyatlar yaxın gələcəkdə də baş verə bilər. Çünki bizim hələ qarşıda üçtərəfli bəyanata əsasən erməni separatçılarının, qanunsuz silahlı dəstələrinin çıxarılmalı olduğu ərazilərimiz var. Onların ərazilərimizdən çıxarılması üçün vaxt da, demək olar ki, daralıb. Son illərin əməliyyatları bu faktı da ortaya qoydu ki, Bakı nə Moskvanın, nə də İrəvanın qarşısında seyrçi mövqeyində dayanacaq və lazım gəldikcə qanunsuz silahlı dəstələrə qarşı hərbi əməliyyatlar keçirəcək. Rusiya bunu bilməlidir, eyni zamanda Rusiyanın Azərbaycanın müttəfiqi olduğunu unutmaması gərəkdir. Əgər unudarsa Azərbaycanın digər müttəfuqi Türkiyəni qarşısında görə bilər. Çünki Türkiyənin Azərbaycanla imzaladığı Şuşa Bəyannaməsi qüvvədədir, hər an bu Bəyannamə işə salına, qardaş Türkiyə ordusunun Azərbaycana dəstəyi istənilən vaxt baş verə bilər.  Ola bilsin ki, kimlərsə bu sözün söz xatirinə deyildiyini düşünsün...”

R.Rəsulov hesab edir ki, proseslər məsələnin sakit yolla həllini diqtə etmir, çünki nə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək fikrindədir, nə də Rusiya öz imzasına hörmət göstərir. Belə olduğu halda isə Azərbaycanın lazımı addımlar atacağını deyən siyasi ekspert qeyd etdi ki, Azərbaycan 30 ildən sonra bu addımı atıb və BMT-nin kağız üzərində qalan qətnamələrini icra edərək zəfər qazanıb: “Eləcə də bu məsələdə Azərbaycan addımlar atacaq. Yəni nə qədər ki, üçtərəfli bəyanatın mövcud bəndləri yerinə yetirilməyəcək, Azərbaycan həmin bəndlərin icrasını qısa müddətdə əməli şəkildə həyata keçirəcək”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ