Moskva birjasında bazar ertəsi səhər dolların rubla nisbətən məzənnəsi 58 rubladək qalxıb, avronun məzənnəsi 69 rubla çatıb. Nəticədə hər iki valyuta rubla qarşı həftəlik maksimum göstəriciləri təzələnib.
Neftin qiyməti 0,8% artaraq Brent markalı neftin 1 barreli ümün 59,9 dollar təşkil edib.
Ötən cümə günü Rusiya Maliyyə naziri Anton Siluanov 2015-ci ilin büdcəsinə neftin qiyməti 1 barrel üçün 60 dollar göstəricisi əsasında düzəlişlər ediləcəyini bildirmişdi.