2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçilik missiyasının əsas mərhələsi prezident Vladimir Putin tərəfindən Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumatda bildirilir.
2014-cü ilin yekunlarına həsr olunmuş xülasədə qeyd olunur ki, Soçi görüşü Qarabağ münaqişəsi zonasında gərginliyi azaltmağa və tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan yaradıb.