ABŞ prezidenti Barak Obama gələcəkdə İranda ölkəsinin diplomatik nümayəndəliyinin bərpa olunacağını istisna etmir. APA-nın "Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu sözləri B. Obama "NPR” telekanalına müsahibəsində deyib.
"Mən heç vaxt "heç vaxt” ifadəsini işlətmirəm. Münasibətlərimiz mərhələli şəkildə bərpa olunmalıdır”, - deyə o vurğulayıb.