ABŞ-a aid vertolyotların İraqın Səlahəddin şəhərində İŞİD yaraqlılarına havadan silah və sursat paketləri atdığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, İranın dövlət televiziyası Press TV-nin xəbərinə görə, IŞİD-ə qarşı mübarizə aparan qruplar, cümə günü ABŞ-a aid vertolyotlar tərəfindən İraqda İŞİD-in nəzarətindəki Yesrib və Beled rayonlarında havadan silah və sursat paketləri atıldığını iddia edir.
ABŞ-ın bundan əvvəl də İŞİD-ə qarşı döyüşən qruplara havadan atdığı silah, sursat və dərmanların bir qisiminin İŞİD-in əlinə keçdiyi bildirilirdi.
Amerika Mərkəzi Qüvvələr Komandanlığı da iddiaları qismən təsdiqləyərək, "IŞİD-in nəzarətindəki bölgəyə səhvən düşən bəzi silah və tibbi yardımların vurularaq məhv edildiyini" açıqlamışdı.