İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) yüksək rütbəli zabiti İraqda İŞİD yaraqlıları tərəfindən öldürülüb.
Baki-xeber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu İraq ordusunda məsləhətçilik edən general Hamid Takavinin Bağdadın şimalındakı Samarra şəhərində vurulduğunu bildirib. Xəbərdə, iranlı generalın İŞİD-ə qarşı döyüşən İraq ordusu və xalq birliklərinə məsləhət verdiyi vaxt öldürüldüyü qeyd edilir.
Takavinin İraq-İran müharibəsi illərində «Sepah»a bağlı Ramazan qərargahı komandirlərindən biri olduğu bildirilir.