Roma Papası II İohan Pavelin həyatına 1981-ci ildə sui-qəsd etmiş Mehmet Əli Ağca Vatikanda mərhum pontifikin məzarını ziyarət edib. İtaliya mətbuatına əsasən Mehmet Əli Ağca mərhum pontifikin məzarına gül dəstəsi düzüb.
1981-ci ildə II İohan Pavel avtomobil kortejində Romanın mərkəzində hərəkət edərkən Ağca onu odlu silahdan yaralımışdı.
Sui-qəsddən 2 il sonra II İoann Pavel məhbəsə baş çəkib, Ağca ilə 2 saat ərzində söhbət etdikdən sonra onu bağışladığını bəyan etmişdi.
Mehmet Əli Ağca 19 il İtaliya məhbəsində yatdıqdan sonra Türkiyəyə deportasiya edilmişdi. Türkiyə məhkəməsi törətdiyi digər cinayətlərə görə, Agcaya 10 illik həbs cəzası kəsmişdi. 2010-cu ilin yanvarın 18-dən Mehmet Əli Ağca azadlığa çıxıb.
Mehmet Əli Ağca 1981-ci ildə Roma Papasına nəyə görə sui-qəsd etdiyini, bu hadisənin arxasında kimlərin durduğu barədə heç zaman dəqiq məlumat verməyib.