Ukraynanın Krıma sərnişindaşımanı dayandırmasının ardından Belarus da 27 dekabrdan etibarən Rusiya tərəfindən ilhaq edilən Krıma səfər edən Minsk-Simferopol qatar səfərini ləğv edib.
Baki-xeber.com xəbər verir ki, Belarus Dəmiryolu İdarəsində bildirilib ki, sözügedən tədbirlər Ukraynada baş verən hadisələrə göər Ukrayna Dəmiryolu İdarəsi (Ukrzaliznıtsa) rəhbərliyindən alınan məktuba uyğun olaraq qəbul edilib.
Minsk-Simferopol qatarı yalnız Belarusun Gomel şəhərinə qədər gedəcək və Belarus-Ukrayna sərhədini keçməyəcək.