ABŞ-ın ən böyük tirajlı qəzetlərindən olan “Washington Post” ABŞ və müttəfiqlərinin səssizcə Ukraynada uzun sürən mübarizəyə və mühacir Ukrayna hökuməti qurulmasın hazırlaşdığını yazıb.
Qəzetin ABŞ və Avropadan olan mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirəcəyi və ölkəni işğala qarşı qanlı və uzun sürən üsyana zəmin hazırlayacağına inanıldığı bildirilib.
ABŞ-ın Ukraynaya verdiyi silah yardımının uzunmüddətli dövr üçün həyati əhəmiyyət daşıdığı bildirilən xəbərdə ABŞ Dövlət Departamenti və Pentaqonun Rusiya qoşunlarının Kiyevi tamamilə ələ keçirməsi ehtimalına qarşı Ukrayna prezidenti Vladimir Zelenski və komandasının qaçması üçün planlar hazırladığı qeyd edilib.
“Hazırda hər ehtimala, o cümlədən Zelenskinin Polşada mühacirət hökuməti qurması ssenarisi də daxil olmaqla, fövqəladə durum üçün planlar qururuq”, - adı açıqlanmayan rəsmi deyib.
Bildirilir ki, Zelenski bu prosesdə ABŞ rəsmiləri ilə daha təhlükəsiz yerə köçmək məsələsini müzakirə etdiyi və Kiyev işğal ediləcəyi təqdirdə təhlükəsizlik qüvvələrinin Zelenskini və kabinet üzvlərini dərhal başqa yerə köçürmək planlarının olduğunu bildirib.
TAHİR