"Məni Müsavat Partiyasının legitim hesab etmədiyim Məclis üzvülüyündən çıxarmaq gülünc bir qərar olar”. Bu barədə Trend-ə Vurğun Əyyub Müsavat Partiyası Məclisinin iclasında onun Məclis üzvlüyündən çıxarılması barədə müzakirələrə münasibət bildirərkən deyib.
V.Əyyub qeyd edib ki, onların bu müzakirəsi məni maraqlandırmır:
"Əgər mənim Məclisdən çıxarılmam barədə qərar olarsa, bu, çox gülməli olar. Çünki mən özümü Müsavat Partiyasının Məclisinin üzvü hesab etmirəm. Məclisi də, özümün Məclis üzvülüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməli görünər”.