Rusiya mediası Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarələrinin Ukraynada Rusiya tərəfindən vurulduğunu iddia edib.
Müharibənin ilk günündən Rusiya “Kalibr” qanadlı raketlərlə Ukraynanın kritik hərbi obyektlərini hədəfə alıb.
Vurulan hava limanı və zavod kimi mühüm obyektlər arasında Ukraynanın dövlət müdafiə sənayesi şirkəti Ukroboronprom-a bağlı Lvov Təyyarə Təmiri Zavodu da var.
Qeyd edilir ki, “Ukroboronprom” şirkətinin keçən ay keçirilən iclasından yayılan görüntülərində orada olan Azərbaycanın 3 ədəd MiQ-29 döyüş təyyarəsi aydın görünür.
İddiaya görə, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 tipli döyüş təyyarələri texniki xidmət və modernləşdirmə işləri üçün Lvovdakı zavodda olub. Rusiyanın bu fabrikə hücumu zamanı sayı dəqiq bilinməyən MiQ-29-ların yararsız hala düşdüyü iddia edilib.
Bildirilib ki, 3 ədəd Azərbaycan MiQ-29 döyüş təyyarəsi texniki xidmət üçün zavodda olub.
TAHİR