Müsavat Partiyasında Məclis sədrliyi vəzifəsinə, eləcə də Məclisin, Divanın və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) boş qalan yerlərinə namizədliyin irəli sürülməsi müddəti başa çatıb.
Bu barədə APA-ya Müsavatın Divan üzvü, partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı məlumat verib. O bildirib ki, sərbəst Məclis üzvlüyünə 32 nəfərin, Məclis sədrliyinə 1 nəfərin, Divana 5 nəfərin, MNTK-ya 4 nəfərin, Məclis katibliyinə isə 1 nəfərin namizədliyi qeydə alınıb. Seçkilər dekabrın 27-də keçiriləcək.