Rusiya hökuməti dövlətin nəzarətində olan 5 iri ixracatçıya tapşırıb ki, xarici valyuta rezervlərini məhdudlaşdırsınlar. Bunlar enerji şirkətləri Qazprom, Rosneft, Zarubezhneft, almaz istehsalçıları Alırosa və Kristaldır.
Onlar mart ayına kimi xarici valyuta ehtiyatlarını artıra bilməzlər. Hökumət bununla rubla dəstək vermək istəyir.