İran parlamentinin Təbrizdən olan nümayəndəsi Məhəmməd İsmail Səidi ölkədə pulların üzərində Şərqi Azərbaycan əyalətinin və Təbriz rəmzlərinin çap olunmasını tələb edir. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
M.İ.Səidi İran Mərkəzi Bankının sədri, eləcə də iqtisadiyyat və maliyyə nazirinə məktub yazaraq onlardan tələb edib ki, Təbriz əhalisinin istəyinə hörmətlə yanaşsınlar və pulun üzərində Azərbaycan rəmzlərinin çapı üçün tez bir zamanda göstəriş versinlər.