Ukrayna bloklara qoşulmamaq statusundan imtina etdi. Dekabrın 23-də müvafiq qanun layihəsini Ali Rada qəbul etdi. Qanun Ukraynanın NATO-ya üzvlüyünü məqsəd kimi qoyur.
Qanun layihəsini prezident Poroşenko irəli sürmüşdü. O bildirir ki, 2010-cu ildə Ukraynanın NATO-ya daxil olmaqdan imtina etmə qərarı ən böyük səhv idi.
Ukrayna bloklara qoşulmama statusundan imtina etməklə və NATO-ya qoşulmağı məqsəd kimi ortaya qoydu.
Ukraynanın bu qərarına Rusiyanın reaksiyası özünü çox gözlətməyib. Rusiyanın ATƏT-dəki təmsilçisi Andrey Kelin deyib ki, Ukraynanın bloklara qoşulmama statusundan imtina etməsi Rusiyaya qarşı "qeyri-dost hərəkəti”dir. O bildirib ki, Rusiya Ukraynanın qəbul etdiyi qərara mənfi münasibətdədir.