Bazar günü günü, 29 noyabr 2026
     

Nurçularla mübarizənin miqyası genişlənir

Image


Türkiyədə nurçulara qarşı başlanan yeni əməliyyatlar getdikcə daha çox diqqət cəlb etməkdədir. Çünki hazırda yaşanan proseslərə Qərb tərəfindən kifayət qədər həssas reaksiya nümayiş etdirilir. Lakin Türkiyə də geri çəkilmək niyyətində deyil.
Xatırladaq ki, nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında həbs-qətimkan tədbiri seçilib. Gülən haqqında «terror təşkilatına liderlik etmək» ittihamı əsasında həbs qərarı çıxarılıb. Dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb. «Gülən camaatı»na yaxınlığı ilə tanınan və keçirilən əməliyyatlar zamanı saxlananlar barəsində məhkəmə qərar da çıxarıb. Saxlanan şəxslərdən STV-nin baş direktoru Hidayet Karaca və başqa 3 nəfərə həbs cəzası verilib. «Zaman» qəzetinin baş redaktoru Əkrəm Dumanlı və digər 7 nəfər isə sərbəst buraxılıb. Proseslərin gedişi Gülən ətrafında halqanın daraldığını göstərir. Fətullah Gülən haqqında həbs-qətimkan tədbirinin seçilməsi onun durumunu daha da ağırlaşdırır. Lakin ABŞ-ın bu şəxsi asanlıqla Türkiyəyə verməyəcəyi də dəqiqdir. Artıq ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki ölkəsində yaşayan nurçu liderin saxlanmasına dair verilən məhkəmə qərarına münasibət bildirib. Xanım Psaki jurnalistin «ABŞ Güləni Türkiyəyə təslim edəcəkmi» sualını belə cavablandırıb: «Xəbərləri gördük. Siyasətimizə uyğun olaraq, Dövlət Departamenti təslim tələbi ilə bağlı şərh verə, belə bir tələbin olduğunu təsdiq və ya təkzib edə bilməz. Buna görə də ətraflı məlumatı Türkiyə hökumətindən almalısınız». Lakin yayılan məlumatlardan belə bəlli olur ki, ABŞ Güləni asanlıqla Türkiyəyə vermək istəmir. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, buna rəğmən, Gülən barəsində həm «qırmızı bülleten» çıxarılacağını, həm də ekstradisiyasını tələb edəcəklərini deyib. Ekstradisiya tələbinə ABŞ-ın müsbət cavab verəcəyinə ümid etdiklərini deyən Bozdağ Gülənin indi yaşadığı ünvandan qaça biləcəyini də istisna etməyib. Qərb isə, baş verənlər fonunda, Türkiyənin Avropa dəyərlərinə qarşı gəldiyini və Gülənə yaxın media orqanlarında çalışan bəzi şəxslərin həbsinin qəbuledilməz olduğunu bəyan etməkdə davam edir. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu həbslər siyasi motivli deyil. Xatırladaq ki, o, Fətullah Gülənə və ona yaxın media qurumlarına qarşı cinayət təhqiqatını şəxsi nəzarətə götürdüyünü bildirib və bu xüsusda maraqlı fikirlər səsləndirib: «Nə olsun ki, həbs olunanlar jurnalistdir? Jurnalistlər cinayət törətmir? Jurnalistikadan pərdə kimi istifadə edirlər». Hazırda maraq doğuran məqam STV-nin və «Zaman» qəzetinin gələcək taleyidir. Məlumatlara görə, polis STV-nin və «Zaman» qəzetinin redaksiyalarında araşdırmalara davam edir. Bu media şirkətlərinin işçilərinin terrorizmlə əlaqəli olduğu iddia edilir. Qəzetin ingilis dilində çapının baş redaktoru Bülent Kenes deyir ki, yeni qanunvericilik hər iki şirkəti müsadirə etməyə imkan yaradır: «Çox ehtimal ki, yeni qanuna əsasən, hökumət «Hizmət» hərakatına yaxın olan media orqanları, habelə STV-nin və «Zaman» qəzetinin əmlakını müsadirə edə bilər».
Polisin STV və «Zaman» qəzetinə qarşı əməliyyatından bir gün əvvəl qüvvəyə minmiş yeni qanuna əsasən, terrorizmə görə istintaqı aparılan şəxslərin əmlak və şirkətləri müsadirə edilə bilər. Hətta bu şəxslər cinayət törətməmiş olsalar belə, onların günahkar sayılması üçün əsaslı şübhə varsa, qanunun tətbiqi mümkün olur. Təhlilçilər deyir ki, yeni qanun Gülən hərakatının biznes imkanlarını məhdudlaşdıra bilər. İstanbulda yerləşən Qlobal Mənbə Tərəfdaşlarından təhlilçi Atilla Yeşilada deyir ki, media orqanlarına qarşı aparılan istintaqın Türkiyə iqtisadiyyatına geniş təsirləri ola bilər: «Gülənçi biznes təşkilatı Tuskonun 75000-dən çox üzvü var. Biz bir neçə şirkətdən danışmırıq. Mənim fikrimcə, hökumətin əmlak müsadirəsi ilə bağlı yeni qanunu STV və «Zaman» qəzeti qrupuna tətbiq ediləcək». Ancaq təhlilçilərin fikrincə, əmlak və mülkiyyətin müsadirəsi sadəcə Türkiyə iqtisadiyyatına təsiri ilə məhdudlaşmır. «Finansbank» şirkətinin baş iqtisadçısı İnan Dəmir deyir ki, belə bir mühitdə Türkiyə tərəfinin bu addımlarına Qərbdən yumşaq reaksiya verilməyə bilər: «Ümumi iqtisadi həssaslıq güclüdürsə, insanlar bu kimi hadisələrə iqtisadi təhdid kimi deyil, adi bir qəza kimi baxır. Ancaq investorlar çox pozitiv olsalar belə, bu kimi addımlar yardımçı olmur». Artıq Qərbin gedişləri fonunda Türkiyə valyutasının kəskin düşməsi müşahidə olunur. Hələlik ölkənin baş bankı bunun qarşısını alır. Lakin Güləni dəstəkləyən bəzi Qərb ölkələrinin bu istiqamətdə Türikyəyə təzyiqlərini davam etdirəcəyi də qaçılmaz sayılır.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ