Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin deyib ki, Rusiya hökuməti ölkəni tam iqtisadi böhrana gətirib və maliyyə problemləri ilə kifayət qədər tez mübarizə aparmır. Kudrinin sözlərinə görə, bütün bunlar özünü tam şəkildə gələn il göstərəcək.
Kudrin deyib ki, rublun düşməyinin 25-35 faizi Qərb sanskiyaları ilə bağlıdır. Qalan 65-75 faizi isə dolların güclənməyi və investorların Rusiya hakimiyyətinə və hakimiyyətin addımlarına etimadsızlığı ilə əlaqədardır.
Kudrin hesab edir ki gələn il ölkədə inflyasiya 12-15 faizə çata bilər. "Biz iki rəqəmli inflyasiyaya doğru irəliləyirik", deyən Kudrin eyni zamanda bazar sabitləşdikcə inflyasiyanın qiymətlərə təsirinin zəifləyəcəyini də vurğulayıb.
Onun proqnozuna görə, 2015-ci ildə Rusiyada inflyasiya 12-15 faiz təşkil edə bilər, ümumi daxili məhsul (ÜDM) isə 2-4 faiz azalacaq.
Keçmiş Maliyyə nazirinin hesablamalarına görə görə, neftin 1 barelinin qiymətinin 100 dollardan 80 dollara düşməsi Rusiya ÜDM-nin 2 faiz azalması, neftin qiymətinin 60 dollara düşməsi isə ÜDM-in 4 faiz azalması deməkdir.