Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2015-ci ildə vətəninə dönməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə M. Saakaşvili özünün "Facebook” səhifəsində yazıb.
Doğum günü münasibəti ilə onu təbrik edənlərə minnətdarlığını bildirən sabiq prezident gələn il Gürcüstana qayıtmaq niyyətində olduğunu qeyd edib.