Bir müddət əvvəl Nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarda günahlandırılaraq Müsavat Partiyasından xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Murad partiya üzvlüyünə bərpa edilib.
Partiyanın Təşkilat Şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında deyib ki, M. Muradın Müsavata bərpası haqqında Qubadlı rayon təşkilatının Şurası qərar verib. R. Əmiraslanlı bildirib ki, M. Muradın bərpası partiyanın Nizamnaməsinə ziddir və bu məsələ araşdırılacaq: "Müsavat rəhbərliyi bununla bağlı mövqeyini açıqlayacaq”.
Qubadlı rayon təşkilatı öz qərarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar partiyada barışıq yaratmaq niyyəti ilə əsaslandırıb.