Prezident Barak Obamanın sözlərinə görə, ABŞ Şimali Koreyanı terror sponsorları siyahısına qaytarmaq barədə düşünür. ABŞ prezidenti bu sözləri Sony Pictures şirkətinə edilmiş haker hücumundan sonra deyib. Onun sözlərinə görə, son qərar təhqiqat işi başa çatandan sonra veriləcək.
Barak Obma Sony Pictures-ə qarşı kiber hücumu vandallıq aktı adlandılrıb.
Bu arada Şimali Koreya Sony Pictures şirkətinə hücumun arxasında güya dayandığı barədə ittihamları rədd edərək, ABŞ-ı kiberhücumun birgə araşdırılmasına çağırıb. CNN şirkətinə müsahibə verən prezident Barak Obama Sony şirkətinə qarşı həyata keçirilmiş hücumu "olduqca baha başa gələn kiber-vandalizm aktı" kimi səciyyələndirib.
Haker hücumu və onun ardınca baş verən hadisələrdən sonra Sony Pictures Şimali Koreya liderinə sui-qəsd barədə "The İnterview" ("Müsahibə") adlı kinokomediyanı yayımlamaq niyyətindən vaz keçib.