Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın cənub-şərqindəki xüsusi əməliyyata hər gün 6,3 mln dollar (100 mln qrivna) xərcləndiyini bəyan edib. APA-nın "TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxışı zamanı bildirib.