Rusiyanın bir müddət əvvəl ləğv etdiyi Cənub Axını qaz kəmərilə bağlı yeni hərəkətlilik müşahidə edilir. Baki-xeber.com xəbər verir ki, Putinin Avropa Birliyinə yaxınlaşıb özlərinə çətinlik yaratmaqda günahlandırdığı Bolqarıstan, yeni xəttin Tükiyə üzərindən keçəcəyi açıqlandıqdan sonra mövqeyində dəyişiklik edir.
Xatırladaq ki, iyun ayının əvvəlində Avropa İttifaqı rəsmi Sofiyadan Ukraynadan yan keçərək Avropaya Rusiya qazını nəql etməyə imkan verən Cənub Axını qaz kəməri tikintisinin qeyri-müəyyən müddətə dayandırılmasını tələb etmişdi. Avropa Komissiyası rəsmiləri Qara dənizin dibilə keçəcək kəmərin sənədləşdirlməsinin Avropa qanunvericiliyinə uyğun gəlmədiyini bildirmişdi. Qeyd edilirdi ki, qaz istehsalı və təminatçısı olan "Qazprom" Avropada eyni zamanda həm istehsal, həm də qazdaşıma şəbəkəsinə malik ola bilməz.
Bolqarıstan baş naziri Plamen Oreşarski isə iyunun 8-də layihə üzrə işləri dayandırmaq barədə sərəncam verib. Bolqarıstanın qərarına əsasən, Cənub Axını qaz kəmərinin tikintisi üzrə bütün işlər, layihə Avropa Komissiyasının tələblərinə cavab vermədiyindən dayandırılır.
Proseslərin sonrakı gedişində isə Rusiya prezidenti Vladimir Putin mövcud şəraitdə "Cənub axını” layihəsinin realizəsinin mümkün olmadığını bildirib və layihənin dayandırıldığını bəyan edib.
Putin qaz kəmərinin tikilməsinə dair Avropa İttifaqının mövqeyini qeyri-konstruktiv adlandırıb: «Bolqarıstandan indiyə qədər razılıq almamağımızı, biz Rusiyanın bu şəraitdə cari layihənin realizəsinin mümkün olmadığını hesab edirik».
Putin həmçinin Bolqarıstanın illik 400 milyon avro itirəcəyini bildirib.
Ancaq indi Bolqarlar böyük iqtisadi itkiləri nəzərə alaraq, Avropa Birliyinin reallaşdırılmasına qarşı olduğuna görə, daha əvvəl problem yaratdığı Cənub Axınına icazə verməyi düşünür. Məlumata görə, «Qazprom»a problemlər yaradan Bolqarıstan xəttin canlandırılması üçün Rusiyaya nümayəndə heyəti göndərib. Bolqarıstan baş naziri Boyko Borisov Cənub Axını üçün lazım olan bütün icazələri verməyi və layihəyə hazırlıq işlərinə başlamağı düşündüklərini açıqlayıb.
Rusiya prezidenti Putinə yaxınlığı ilə bilinən Borisov 2010-cu ilin noyabrında Sofiyada Cənubi Axın müqaviləsinin imza mərasiminin ardından Putinə bolqar cinsi bir it hədiyyə etmişdi və ölkədə təşkil edilən yarışın sonunda balaca itə Buff adı verilmişdi.
Borisovun ötən ay yenidən baş nazir olmasının ardından Cənub Axını ilə əlaqədar işlərin canlanması gözlənilir. Brüsseldə AB ölkə liderləri ilə danışıqlar aparan Boykoya görə hüquqi iddia və pul cəzalarından qaçmaq üçün Sofyanın razılaşmanın şərtlərini yerinə yetirməsi lazımdır. Bolqarıstan layihənin icrasına icazə də verə bilər.
Cənub Axını qaz kəmərinin tikintisi 2012-ci il dekabrın 7-də Qara dənizin Rusiyaya aid sahilində başlayib. İldə 15,75 mlrd kub metr qazın nəqlinə hesablanmış boru kəmərinin birinci mərhələsinin 2015-ci ildə işə salınması nəzərdə tutulurdu.