Rusiya Krımın ilhaqını 2004-ci ildən hazırlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Sevastopol parlamentinin sədri Aleksey Çalıy bildirib.
Rusiyanın «Nevskoye Vremya» qəzetinə açıqlama verən Çalıy, Rusiyanın buna 2004 və 2008-ci illərdə də hazırlaşdığını deyib: «Amma o vaxtkı vəziyyət, keçən il Yanukoviçin Avropa Birliyi ilə müqaviləni imzalamağı rədd etdiyi vaxtkı kimi əlverişli deyildi. Kiyevdə Maydan hadisələri zaman biz də buna cavab olaraq burada öz meydanımıza hazırlaşırdıq. Biz «Respublika» adlı qeyri-hökumət təşkilatını yaratdıq. Gərginlik yavaş-yavaş artırdı: onlar orada vəziyyəti gərginləşdirdiyi bir vaxtda biz də cavab olaraq burada prosesləri qızışdırdıq».