"İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir”. Bunu APA-ya açıqlamasında Avropa Şurasının strukturlarında təmsil olunan bəzi şəxslərin İlqar Məmmədov və başqalarının azadlığa buraxılması barədə bəyanatlarına münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O, qeyd edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır: "Ona görə də bu məhkəmənin qərarları Azərbaycan tərəfindən nəzərə alınır, nəzərə alınıb və nəzərə alınacaq. Hansısa siyasətçinin, hüquq-mühafizə orqanlarının işinə müdaxilə edilməsinə gəlincə, bu qanunun aliliyinin pozması deməkdir. Ona görə də bu məsələdə çox ehtiyatlı davranmaq lazımdır”.