Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun hökuməti Rusiya ilə dollar və avro ilə ticarət etmək niyyətindədir. "Məqsəd Rusiya ilə rublla deyil, enerji ehtiyatlarına ödədiyimiz kimi dollarla ticarət etməkdir,” Belarus prezidenti hökumətin iclasında deyib.
Lukaşenkonun sözlərinə görə, Rusiya ilə artıq çoxdan dollar və avro ilə işləmək və ödəniş tələb etmək lazım idi.
Mətbuatın yaydığı məlumata görə, Belarus Vahid İqtisadi Məkan çərçivəsində Rusiya ilə hesablamalrın yarısını rublla həyata keçirir, digər 40 faizini isə dollarla.