Rusiya prezidenti ilin son mətbuat konfransında Gürcüstanla hazırkı münasibətləri də şərh edib və onların indiki hala gəlməsində sabiq rəhbərliyi tənqid edib.
"Mən Saakaşviliyə deyirdim: heç bir şərtlə hərbi hərəkətlərə başlamayın. Lakin o başladı”, - Vladimir Putin deyib. Onun sözlərinə görə Saakaşvili dünya boyu təqib edilərək vətənə qayıda bilmir. Lakin Rusiyanın buna "aidiyyatı yoxdur".