"Əli Kərimli ilə mənim aramda olan konflikt geriyə dönməyəcək düşmənçiliyə çevrildi, xüsusən də bu cür təhqirlərdən sonra”. Bunu Trend-ə "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimlinin sosial şəbəkədə onun barəsində təhqiredici kollaj yaymasını şərh edərkən deyib.
R.Arifoğlu bununla bağlı Ə.Kərimliyə yazdığı məktuba cavab aldığını bildirib: "Cavabında yenə məni təhqir edib, buna baxmayaraq, qohumunun hərəkətini pislədiyini və o statusu yığışdırmaq üçün ona məktub yazdığını bildirib. Sonra mən yoxlatdırdım ki, statusu yığışdırıblar. Bu da onu göstərir ki, İnqlab Kərimli komanda ilə hərəkət edir. Yəni mən əminəm ki, bu tapşırığı da ona veriblər, yazıb, mesaj verib, sonra deyiblər, yığışdırıb. Əgər o, bu statusu öz başına yazsaydı, təbii ki, çıxarmazdı”.