Türkiyə prezidenti Ərdoğan deyib ki, Avropa Birliyi Türkiyəyə demokratiya dərsi verə bilməz, lazım gəlsə, belə demokratiya dərsini Türkiyə Avropa Birliyinin özünə verə bilər.
Ərdoğan deyib ki, Misirdə, Suriyada elədikləri ilə bağlı Avropa Birliyi əvvəlcə özünə güzgüdə baxsın.
Konya şəhərində çıxış edən prezident bildirib ki, Avropa Birliyi Türkiyənin üzvlüyə qəbul edir-etsin, etmir-etməsin, ancaq Türkiyə qapıçı olmayacaq.