Bazar günü günü, 29 noyabr 2026
     

Qərb Azərbaycanla "demokratiya höcətləşməsini" indi də Türkiyəyə qarşı yönəldir

Image


Qardaş Türkiyədə son günlərdə ən çox diqqət cəlb edən məqam burada nurçulara qarşı əməliyyatların yeni mərhələsinə start verilməsidir. Türkiyədə son günlərdə həyata keçirilən və Fətullah Gülənə yaxın şəxslərin həbsi ilə nəticələnən əməliyyat dünyada da geniş rezonans doğurub. Məsələ ilə bağlı baş prokuror Hadi Salihoğlunun imzası ilə mediada yazılı açıqlama yayılıb, əməliyyatla bağlı müfəssəl məlumat verilib.
Bildirilib ki, Hidayət Karaca, Əkrəm Dumanlı, Fahri Sarrafoğlu, Hüseyn Gülərcə, Əhməd Şahin, Nuh Gönüldaş, Naci Çelik Berksoy, Alı Sami Noyan, Alı Kara, Əlif Yılmaz, Radiyə Əbru Şənvardar, Hikmət Tombulca, Salih Asan, Makbulə Çam (Elamdağ), Engin Koç, Tufan Ərgüder, Mutlu Ekizoğlu, Ertan Erçıktı, Mustafa Kılıçaslan, Fərdi Taşkaya, Ayhan Akça, Mehmet Alı Doğan, Alı Cihan, Mustafa Uyanık, Halit Akbulut, Çetin Öztürk, Rıfat Aslan, Ərdəm Kısa, Mustafa Altunbulaq, Yakub Ərgül və Rəcəp Güləçin 13.12.2014 tarixli təlimatla silahlı terror təşkilatı qurmaq, idarə etmək ittihamı ilə şübhəli qismində həbs edilmələrinə göstəriş verilib. 14 dekabr 2014-cü il tarixdə 08.00-dan etibarən əməliyyat başlayıb. İndiyə qədər şübhəli Əkrəm Dumanlı polislərə təslim olmadığı üçün həbs qərarı "Zaman" qəzetinin binasında yerinə yetirilib. Əməliyyat davam edir". Xatırladaq ki, həbs edilənlər arasında media nümayəndələri çoxluq təşkil edir.
Ölkənin daxili işlər naziri Efkan Ala isə bildirir ki, Türkiyədə hökumət əleyhinə Fətullah Gülənə bağlı "Hizmet" hərəkatının bir neçə tərəfdarının saxlanması nəticəsində dövlət çevrilişi cəhdinin qarşısını almaq mümkün olub: "Təxribat fəaliyyəti son 10 il ərzində aparılıb, lakin biz bu planları və niyyəti aradan götürə bildik". Türkiyə mətbuatı hökumətin nəzarətə götürdüyü nurçuların sayının 37 olduğunu yazır.
"Gülən camaatı" ilə bağlı başladılan istintaqda adı yer alan 37 nəfərdən 5-i bir müddət əvvəl saxlanmışdı. Yeni başladılan əməliyyatlarla bağlı hazırkı siyahıda isə 32 nəfərin adı yer alır.
"Milliyet" qəzetinin hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, 32 nəfərdən biri camaatın və "silahlı terror təşkilatı"nın lideri Fətullah Güləndir. Amma Türkiyə hökuməti F.Gülən haqda həbs qərarı çıxara bilməyib. Səbəb onun ABŞ-da yaşamasıdır. Qəzetin yazdığına görə, başlayan əməliyyatı icra edən İstanbul Prokurorluğu Gülən haqqında hazırlanan sənədləri qırmızı bülleten çıxarılması üçün Ədalət Nazirliyinə göndərəcək. Ədalət Nazirliyi məsələni araşdırdıqdan sonra Fəthullah Gülənin İnterpol xəttilə beynəlxalq axtarışa veriləcəyi, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyi deyilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl F.Gülənin İnterpol xəttilə beynəlxalq axtarışa veriləcəyini, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyini demişdi. Bu arada Ərdoğan nurçuların lideri Fətullah Gülənin barışıq şərtinə münasibət bildirib. O, Gülənlə heç vaxt barışmayacağını deyib. Ərdoğan Türkiyəyə qarşı mübarizə aparanlarla heç vaxt razılaşmayacaqlarını da qeyd edib: "Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. İçəridə, ya da bayırda yalan xəbərlər yayan, Türkiyəyə qarşı hələ də mübarizə aparanlarla heç bir şəkildə razılaşmayacağıq. Onların qarşısında heç bir şəkildə diz çökməyəcəyik". Türkiyənin baş naziri Əhməd Davudoğlu isə Güləni "şizofrenik" adlandırıb. Türkiyənin hökumət başçısı Gülənin sonuncu "Zalıma müqavimət göstərin" ismarışını şərh edib":Birinin digərinə qarğış etməyi şizofreniyanın göstəricisidir. Türkiyə kimi demokratiya və azadlığın yüksək səviyyədə olduğu bir ölkənin rəhbərliyini zalımlıqda yalnız və yalnız şizofrenik günahlandıra bilər. Bu insan özünün alim olduğunu hələ də iddia edirsə...".
Türkiyədə baş verənlər, rəsmi məlumatlara görə, ən azı dövlət çevrilişi cəhdləri ilə bağlı olduğu üçün çox ehtiyatlı münasibət tələb etdiyi halda, Qərb dairələri çox sadə şəkildə ənənəvi "demokratiya trafaretini" üzə tutaraq Türkiyəni ittiham etməyə başlayıblar. Həm də bu həbslər Türkiyənin Qərbdən gələn geosiyasi və geoiqtisadi tələblərə müticəsinə baş əyməsi ilə eyni vaxta düşsə idi, Qərb fərqinə varmadan Türkiyədəki həbsləri dəstəkləyər, ən azı üstünü vurmazdı.
İndi isə....nümunələrə baxaq.
Kanada xarici işlər naziri Con Berd Türkiyə hökumətini mətbuata təzyiq etməkdə günahlandırıb. Nazir Kanada hökumətinin baş verən həbslərdən narahatlıq duyduğunu ifadə edərək, bu cəhdlərin Türkiyədəki insan haqları, fikir və söz azadlığına qarşı olduğunu bildirib":Kanada olaraq, Türkiyə hökumətinin əmri ilə təşkil edilən və media təşkilatlarını hədəf alaraq jurnalistlərin həbsi ilə nəticələnən basqıdan narahatlıq duyuruq. Bu cəhdlər Türkiyədəki insan haqları, fikir və söz azadlığına qarşı atılan addımdır. Kanada söz, mətbuat və fikir azadlığını demokratiyanın təməl prinsipləri sayır. Türkiyə hökumətini və prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyədəki insanların hüquqlarını qorumağa və əsassız cinayət təqibi qorxusu duymadan yaşamasını təmin etməyə dəvət edirik". Avropa İttifaqı (Aİ) da məsələyə təmənnalı reaksiya verib, Ankaradan həbslərin dayandırılmasını istəyib. Ərdoğan isə Aİ-nin Türkiyədə jurnalistlərin kütləvi həbsini pisləyən bəyanatını tənqid edib":Görəsən Aİ nə deyər? Görəsən Aİ bizi qəbul edərmi? Bizim belə bir dərdimiz yoxdur! Xahiş edirəm, siz öz ağlınızı özünüzə saxlayın".
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ ölkələrinin xarici işlər nazirləri toplantısından sonra keçirilən mətbuat konfransında sualları cavablandırarkən Ərdoğanın İttifaq haqqında verdiyi açıqlamalara guya təəccübləndiyini bildirib: "Prezident Ərdoğanın reaksiyasını gördüm. Bu reaksiya məni çaşdırdı, çünki ötən həftə Türkiyəyə etdiyimiz səfərdə onunla və baş nazir Əhməd Davudoğlu ilə önümüzdəki yol haqqında müzakirələr apardıq, Türkiyə və Aİ arasında yeni bir səhifənin açılması mövzusunda uzlaşdıq. Bizə Türkiyənin Aİ yolunun daha çox, iqtisadi mənfəətlər deyil, demokratiya və qanunun aliliyi başda olmaqla, digər dəyərlər və prinsiplərlə əlaqədar olduğunu söyləyənlər bu ölkənin hökumət üzvləri idi. Verilən vədlərə əməl edilməsi ilk növbədə Türkiyənin xeyrinədir". ABŞ Dövlət Katibliyi sözçüsü Cen Psaki də Türkiyədə 14 dekabrda keçirilən əməliyyatla bağlı açıqlama verib. Psaki Türkiyədə baş verənləri yaxından izlədiklərini deyib: "Türk polisinin Türkiyə daxilində bir sıra basqınlar və əməliyyatlar aparmasına dair xəbərləri yaxından izləyirik. Saxlananların Türkiyə hökumətini açıq tənqid edən media orqanları olduğu görünür. Mətbuat azadlığı, məhkəmə prosesi və mühakimə etməyin müstəqilliyi hər bir sağlam demokratiya üçün əsas faktorlardır və bunlar Türkiyə Konstitusiyasında müqəddəs amil kimi qəbul edilir".
Beləliklə, Qərb ölkələrinin Türkiyəyə qarşı sərt tonda danışdığı aydın nəzərə çarpır. Əslində bu, tanış ssenari də sayıla bilər. Belə ki, Qərb eyni yanaşmanı Azərbaycana qarşı da sərgiləyir və ölkəmizdən sonra Türkiyəyə təzyiq etməyə çalışır.
Əslində Azərbaycan inkişaf etdikcə və buna söykənərək xüsusilə xarici iqtisadi siyasətdə və Qarabağ məsələsində prinsipiallığını artırdıqca Qərbin, ABŞ və Avropanın insan haqları mövzusunda tənqidləri güclənir. Bizə yaxşı tanış olan və illərlə öyrəşdirilmiş ssenari bu gün Türkiyənin başında oynanılır. Çünki Türkiyə mümkün qədər başəyməz siyasət aparır, öz ölkəsinin mənafeyini güzəştə getmir, ABŞ və Avropa Rusiyanın üstünə getdiyi bir vaxtda Rusiya ilə ayrıca siyasət aparır. Əlbəttə ki, belə yolda olan Türkiyə Qərbə xoş gəlməz və dövləti cinayətdə suçlayaraq həbs olunan şəxsləri "jurnalistlər kütləvi həbs olunur, demokratiya bölünür" kimi hay-küyçü bəyanatlarla qarşılayırlar. Necə ki, bir Xədicə İsmayılovanın şəxsi münasibətlərindən doğan iddia əsasında həbsi ətrafında hay-küy qaldırılır, eyni hay-küyü bu gün Türkiyənin üçstünə tökürlər.
Özü də demokratiyanın, söz azadlığının müdafiəsi adı altında. Halbuki, Qərbin özündə ciddi demokratiya böhranı yaşanır. Hər halda, ABŞ-da qaradərililərə qarşı tətbiq edilən zorakılıqlar, Ferqyusonda etiraz aksiyalarının zor gücünə yatırılması və digər hallar bunun təsdiqidir. Amma nədənsə, bu məsələdə Avropanın kəskin reaksiyası yoxdur. ABŞ özü isə, əvvəlki kimi, qaradərili insanların hüquqlarını kobud formada pozmaqda davam edir.
Qaradərilini güllələyən, yeniyetmə qızı boğan polislər bağışlanır. Bütün bunlara diqqət yetirmək əvəzinə, Türkiyədə dövlətə qarşı çıxanların həbs olunmasına sərt reaksiya göstərilir. Bu isə, sadəcə, Türkiyəyə təzyiq üçün hesablanmış addımdan başqa bir şey sayılmır. Niyyət Türkiyə üzərində Qərbrn təsirini bərpa etməkdir. Lakin göstərilən müqavimət Qərbin bu niyyətlərinin heç olacağını deməyə əsas verir. Hər halda, bu xüsusda Azərbaycan uğurlu nümunə meydana qoyub. Türkiyə də Qərbin təzyiqlərinə davam gətirmək üçün iradə və bütün digər resurslara malikdir.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ