Rusiya Mərkəzi Bankı tərəfindən faiz dərəcəsinin qaldırılmasından sonra əhəmiyyətli dərəcədə bahalaşan rubl bir qədər keçmiş dəyərini sürətlə itirməkdə davam edib. Baki-xeber.com xəbəpr verir ki, günortayadək rublun məzənnəsi yeni rekordlar vurub: avro 81, dollar isə 65 rubla satılıb. Günortadan sonra isə 1 dollara artıq 80 rubl verilib.
TASS agentliyi isə Moskva birjasının məlumatlarına istinadən avronun da məzənnəsinin tarixdə ilk dəfə olaraq 100 rubl səviyyəsini ötdüyünü yazıb. Rusiya Mərkəzi Bankının avro üzrə dekabrın 17-nə müəyyən etdiyi rəsmi məzənnə 76,15 rubl olub. Rublun məzənnəsinin rekord səviyyədə enişi Mərkəzi Bankın əsas dərəcələrinin 17 faizədək artması və neftin ucuzlaşması fonunda davam edir.
Bundan əvvəl Rusiya Mərkəzi Bankın Direktorlar Şurası əsas faiz dərəcəsini 10,5-dən 17 faizə qaldırıb. Bu son 15 il ərzində rubl məzənnəsinin ən kəskin şəkildə aşağı düşməsinə reakisya olub.
Maliyyə qurumu öz qərarını son zamanlar artmış "devalvasiya və inflyasiya risklərinin” qarşısını almaq niyyətilə əlaqələndirib.
İlin əvvəlindən Mərkəzi Bank rublun sabitləşməsinə 70 mlrd. dollar yönəldib. Buna rəğmən Rusiya valyutası ucuzlaşmaqda davam edib. Bazar ertəsi rubl dollara nisbətdə bir gün ərzində dəyərinin 10 faizini itirib.
Rusiya Mərkəzi Bankı ilin əvvəlindən bəri əsas faiz dərəcəsini 6 dəfə qaldırıb.
Ancaq Rusiya Mərkəzi Bankının son şok faiz artımı da dolların «atəşini» söndürmədi. Səhər saatlarında 59 rubla qədər geriləyən dollar, Brent markalı neftin 60 dollardan aşağı enməsi ilə yenidən yüksəlməyə başlayıb və hazırda isə 1 dollara 80 rubl verildiyi bildirilir.
Rusiya Mərkəz Bankının rəhbəri Elvira Nabiullina, yeni şərtlərə uyğun yeni siyasətin aparılmasının zəruri olduğunu bildirib. Rusiyada vəziyyətin mürəkkəb olduğunu, hökumət və Mərkəz Bankı arasında koordinasiyanın zəruri olduğunu ifadə edən Nabiullina, "Biz bu istiqamətdə koordinasiyaya hazırıq. Burada Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə çalışmalıyıq" deyə bildirib.
Valyutaların belə sürətlə artması 1998-ci ildən bəri ilk dəfə müşahidə olunur.
Qeyd edilir ki, Rusiya Mərkəzi Bankının yalnız dünən rublu saxlamaq üçün 2,38 milyard dollar xərclədiyi, ilin əvvəlindən bu yana da ümumi xərclənən məbləğin 80 milyard dolları keçdiyi ifadə edilir. Buna rəğmən Rusiya valyutası ucuzlaşmaqda davam edib.
Rusiya Maliyyə Nazirliyi məlumatları görə ölkənin valyuta ehtiyatları da dekabrdan 511,6 milyard dollardan 416,2 milyard dollara düşüb.
Bu hal ölkə daxilində də narazılıq doğurub. "Mən tam iki dəfə kasıbladım. Kimdir təqsirkar? Hökumət və prezident... Biz 15 il ərzində heç nə yaratmamışıq? Heç bir sabitlik yaratmamışıq. Neftlə bağlı bazarda ilk təlatüm - və vəssalam, sağolun", - Moskva sakini bildirib.
Bundan əvvəl ev həbsində olan müxalifət lideri Aleksey Navalnıy öz bloqunda dolların məzənnəsinin 74 rubla çatmasını şərh edib: "Dollar 74-dür. Təsəvvür edə bilərsinizmi ki, onu dünən 61 (!!!) manata alanlar artıq necə böyük qazanc əldə ediblər".
Dəyərini itirən rublla yanaşı qısa müddət sabit qalan Rusiya səhmlərinin qiymətdən düşməsi də davam edib.
"Görəsən yanvar ayında bizi neçə iflas gözləyir. Adamlar işsiz, pulsuz qalacaqlar, hiperinflyasiya. Dəhşətlər yalnız indi başlayır". Bu isə Rusiya parlamentinin üzvü deputat Dmitri Qudkov bildirib.
BBC-nin müxbiri Steve Rosenberg bildirir ki, ilin əvvəlindən rubl dollara nisbətdə dəyərinin təqribən yarısını itirib. Rusiya iqtisadiyyatı Qərb sanksiyaları və düşməkdə olan neft qiymətlərinin təzyiqi altındadır.
Ucuzlaşmaqda olan rubl fonunda inflyasiya 10 faizə çatıb və əsas faizi kəskin şəkildə artırmaq qərarı istehlakçı təşvişinin qarşısını ala bilər. Lakin eyni zamanda əsas faizin qalxması, onsuz da tənəzzül həddinə çatmış ölkədə iqtisadi artımı ləngidə bilər.
Dekabr ayında Dünya Bankı Rusiya iqtisadiyyatının vəziyyəti barədə proqnozunu mənfiyə doğru dəyişdirib.
Steve Rosenbergin fikrincə, maliyyə qurumunun ekspertlərinə əsasən 2015-ci ildə Rusiyanı əvvəl zənn edildiyi kimi durğunluq yox tənəzzül gözləyir.
Dekabr ayının əvvəlində Rusiya hökuməti xəbərdarlıq edib ki, Qərb sanksiyaları və düşən neft qiymətlərinə görə gələn il ölkənin iqtisadiyyatı tənəzzülə uğrayacaq.
Dünya Bankının proqnozuna görə neft bazarlarında vəziyyət dəyişməz qalarsa Rusiya iqtisadiyyatının həcmi gələn ildə 0.7 faiz azalacaq.
Onu da qeyd edək ki, ICE birjasında "Brent" markalı neftin bir bareli təqribən 59,26 dollara satılır.