Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ-ın həbs etdiyi azadlıq

Image


Culian Assanc və Edvard Snouden kimi şəxslərin ABŞ-ın dövlət siyasətinin ifşasına yönələn məlumatları yaymaları bütün dünya üçün həyati əhəmiyyətə çevrildi. Lakin ABŞ kimi nəhəng və hər kəsi idarə etmək ambisiyasını ortaya qoyaraq imperiya siyasət yürüdən ölkələrdə bu işi görmək üçün xüsusi cəsarət lazımdır. Nəzərə alaq ki, bu imperiyanı Sovet İttifaqı ilə rəqabət dövründə də, ondan sonra da bütün dünyanın sərvətini əllərində cəmləməyə çalışan böyük biznes şəbəkəsinin faktiki təyin etdiyi şəxslər idarə edir. 1990-cı illərin əvvəllərində SSRİ süquta uğradıqdan sonra şəbəkə və onun təyin etdiyi prezidentlər birqütblü dünya nizamını faktiki olaraq rəsmiləşdirdilər və hazırda onu qoruyub saxlamaq üçün əllərindən gələni edirlər.

Son illər Culian Assanc və Edvard Snouden ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Agentliyi və Böyük Britaniyanın Hökumət Rabitəsi Mərkəzinə məxsus məxfi sənədləri və informasiyaları açıqlayaraq ABŞ-ın həyata keçirdiyi siyasətin əsl üzünü, düşmənləri bir yana qalsın, hətta dostlarına qarşı riyakar davranışını ifşa etdilər. Snouden ABŞ-ın xüsusi xidmət orqanlarının bütün dünyada dövlət və hökumət başçılarının, ayrı-ayrı strukturların, medianın, hüquq müdafiə təşkilatlarının fəaliyyətini, danışıqlarını yaxından izlədiyinə dair çoxsaylı sübutlar ortaya qoydu. Wikileaks və onun rəhbəri Culian Assanc isə Dövlət Departamentinin yazışmalarını bütün dünyaya təqdim edərək ABŞ-ın müxtəlif ölkələrdə apardığı məkrli siyasəti tam ifşa etdi. Təbii ki, şəbəkə və onun iradəsini həyata keçirən Barak Obama məsələni belə qoya bilməzdi və dərhal qisas mexanizmi işə salındı. Onlar cavab zərbəsi endirərək, həmin insanları həbslə susdurmağa çalışdılar. Bu, ABŞ-ın demokratiya və insan hüquqları baxımından necə qəddar bir ölkəyə çevrildiyini sübut edən nümunələrdəndir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden 2013-cü ilin iyununda "The Guardian” və "The Washington Post” qəzetlərinin redaksiyasına ABŞ xüsusi xidmət orqanlarının mövcud informasiya və rabitə şəbəkələri vasitəsilə total şəkildə dünya üzrə ayrı-ayrı ölkələrin vətəndaşlarını izlədiyinə dair çoxsaylı faktlar və PRİSM, X-Keyscore, Tempora kimi layihələr barədə məlumatları ötürdü. Pentaqonun məxfi hesabatına əsasən, Snouden 1,7 milyon faylı ələ keçirməyə müvəffəq olmuşdu. Bunların əksəriyyəti ABŞ ordusu, hərbi-dəniz qüvvələri, dəniz piyadaları və hərbi-hava qüvvələrinin həyata keçirdiyi əməliyyatlara aid idi. Məsələ ilə əlaqədar 2013-cü il iyunun 14-də Snoudenə qarşı casusluq və dövlət mülkiyyətinin mənimsənilməsi ittihamları irəli sürüldü və o, beynəlxalq axtarışa verildi. Snouden əvvəlcə Honqkonqa, sonra isə Rusiyaya qaçdı və 2013-cü ilin avqustunda Rusiyada müvəqqəti sığınacaq, sonra isə yaşamaq hüququ aldı. Hazırda Snouden Moskva ətrafında yaşayır və qətlə yetiriləcəyindən qorxaraq evdən bayıra çıxmır. Onun ciddi mühafizə olunduğu da deyilir. Bu da təbiidir, çünki ABŞ xüsusi xidmət orqanlarının belə şəxsləri müxtəlif vasitələrlə aradan götürdüyü heç kimə sirr deyil.

Wikileaks saytının yaradıcısı Culian Assancın taleyi isə daha acınacaqlıdır. Bu, ABŞ-ın müxtəlif adamları ləkələmək, həbs etmək üçün bir tərəfdən hansı mürtəce metodlardan istifadə etdiyini, digər tərəfdən də bəzi ölkələr istisna olmaqla, dünyanın istənilən nöqtəsində ciddi təsir mexanizmlərinə malik olduğunu açıq göstərir. Çünki Assancın qanuni yolla həbsi üçün heç bir hüquqi əsas tapmayan Vaşinqton Avropadakı müttəfiqləri vasitəsilə ona qarşı qurama iş təşkil etdi. 2010-cu il avqustun 20-də İsveç məhkəməsi Assancı iki qadını zorlamaqda şübhəli bilərək onun həbsi ilə bağlı qərar çıxardı. Şübhə isə ondan ibarət idi ki, guya Assanc intim əlaqədə olduğu və adının hansı səbəbdənsə açıqlanmadığı qadının xüsusi qoruyucu vasitələrdən istifadə etmək xahişini nəzərə almayıb. Həmçinin hansısa "miss X” yuxuda olarkən, Assanc qoruyucu vasitə istifadə etmədən onunla cinsi əlaqəyə girib. Çox maraqlıdır ki, Avropa ölkələrinin tam əksəriyyətində bu kimi əməllər təsdiqini tapdıqda belə cinayət məsuliyyətinə alınmırlar. İsveç isə bu mənada istisna təşkil edir. C.Assanc müxtəlif ölkələrdə qadınlarla intim əlaqələrdə ola bilərdi, amma belə hallar yalnız İsveçdə cinayət məsuliyyəti doğurduğuna görə, Wikileaks rəhbərinə də məhz bu ölkədə cinayət işi açıldı. Özü də Wikileaks-ın ifşaedici materiallar yaymasından dərhal sonra.

Culianın özü müxtəlif nəşrlərə müsahibələrində bildirib ki, bu ittihamlar saxtadır və Wikileaks-də "əfqan işi” açıqlandıqdan sonra ona qarşı təzyiq vasitəsi kimi ortaya atılıb. Maraqlıdır ki, bundan sonra İsveç hakimiyyəti Assancın həbsi ilə bağlı qərarı ləğv etsə də, 2010-cu il sentyabrın 1-də "zorlama” məsələsi ilə bağlı iş yenidən qaldırıldı. Noyabrın 18-də C.Assancın həbsinə order verildi, dekabrın 8-də isə İnterpol onu beynəlxalq axtarışa elan etdi. Assancın Böyük Britaniyaya sığınmaq cəhdi də uğursuz alındı və London məhkəməsi onun İsveçə ekstradisiyası ilə bağlı qərar çıxardı. Nəticədə Wikileaks rəhbərinin Ekvadorun Londondakı səfirliyinə sığınmaqdan başqa çıxış yolu qalmadı.

Məsələnin gülünc tərəfi də odur ki, bu günə kimi Assanca qarşı rəsmi şəkildə əsaslı heç bir ittiham irəli sürülməyib. İsveç polisi iddia edir ki, ehtimal olunan cinayət işinin təfərrüatının aydınlaşdırılması üçün onu sorğulamaq istəyir. Ekvador səfirliyinin onunla səfirlikdə görüşmək təklifi də səbəbi göstərilmədən rədd edilib.

Əlbəttə, C.Assancın işi siyasi motivlidir və Wikileaks-in fəaliyyəti ilə birbaşa bağlıdır. ABŞ hökuməti Avropadakı müttəfiqlərinin əli ilə Assancın səsini boğmağa və təcrid etməyə çalışsa da, onun Ekvadorun səfirliyinə sığınması Vaşinqtonun bütün kartlarını dolaşdırdı. Medianın yaydığı məlumata görə, Britaniya hökuməti Assancı həbs etmək üçün Londondakı Ekvador səfirliyinə hücum təşkil etmək planından son anda imtina edib. Buna səbəb isə belə halın həm də ciddi diplomatik qalmaqala səbəb olacağı riski ilə bağlı olub.

Əslində, məsələ ətrafında dərindən düşündükdə, aydın olur ki, həbs təhlükəsi ilə bağlı Ekvador səfirliyini tərk edə bilməyən C.Assanc sadəcə daha rahat həbsxanadadır. Onun İsveçrədəki bank hesabları bloklanıb, Wikileaks-in beynəlxalq ödəniş sistemlərinə çıxışı qapadılıb, Assancın tərəfdarlarının Facebook və Twitterdəki akkauntlarının fəaliyyəti də dayandırılıb. Ekvador səfirliyindəki balaca bir otaqda onun yatağı, kitab rəfi, masası, oturacağı və gündüz işığı var. 2012-ci il sentyabrın 27-də isə ABŞ onu "dövlətin düşməni” elan edib.

C. Assancın hüquqlarını müdafiə edən Daniel Ellsberq deyir ki, artıq 4 ildir Wikileaks rəhbəri əsaslı ittiham irəli sürülmədən təqib olunur: "O, İsveç hökumətindən ABŞ-a ekstradisiya olunmayacağı və üzərində ədalətli məhkəmə həyata keçiriləcəyi barədə heç bir zəmanət ala bilmir. Assanc 900 gündən artıqdır ki, ittihamsız Ekvadorun səfirliyindədir. Beynəlxalq hüquq, hətta sağlam məntiq baxımından bu, sadəcə hiddət doğurur. Mən hesab edirəm ki, bu insan bütün dünyanın minnətdarlığına layiqdir, bunun əvəzində isə heç bir ittiham irəli sürülmədən təcrid vəziyyətində qalmağa məhkumdur. İndiki əsassız ittihamlar aradan götürülməli və o, azad olunmalıdır”.

Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutudur. Üstəlik, ABŞ əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq müdafiə təşkilatlarını susdurur. Kimləri böyük qrantlar ayıraraq satın almaqla, kimləri isə təhdid və şantajla. Bariz nümunə kimi Böyük Britaniya hökumətinin Wikileaks-ın məlumatlarını yayan "The Guardian” nəşrinə təzyiqlərini göstərmək olar.

Amma iş bütün bunlarla da bitmir. Bu gün də müxtəlif vəzifəli şəxslər Vaşinqtonun siyasəti əleyhinə çıxanlara qarşı hüquqi çərçivədə ölçü götürülməsi ilə bağlı təşəbbüslər irəli sürürlər. Bu təşəbbüslərin birbaşa Ağ evlə bağlı olduğuna dair kifayət qədər şübhələr mövcuddur. Məsələn, senator Co Libermanın Assancın casusluqda təqsirli bilinərək həbsini təmin edəcək qanun layihəsi irəli sürmüşdü və onun lobbiçiliyini həyata keçirmişdi. Alyaskanın qubernatoru Sara Peylin isə internet səhifəsi və şəxsi e-maili vasitəsilə Assancı fiziki cəhətdən məhv etməyə çağırmışdı.

ABŞ özünün nəhəng resursları ilə dünyanı ələ alıb və bütün alternativ fikirli hökumətləri devirməyə, müstəqil qurumları gözdən salmağa və ya satın almağa, Assanc və Snouden kimi bütün dünya üçün mühüm iş görən azad fikirli insanları isə təcrid etməyə, bu mümkün olmadıqda isə aradan götürməyə çalışır. Sonra isə demokratiyadan, yüksək ideallardan dəm vurur. Lakin bu ölkənin özündə vəziyyət kifayət qədər acınacaqlıdır. Amerika xalqı şəbəkənin və Prezident Obamanın insanların həyatını fərdi qaydada əzməsindən və bütövlükdə azadlıq anlayışını həbs etməsindən narahatdırlar. Bu yaxınlarda Ferqyusonda baş verən hadisələr də həyatın bir küncünə sıxılmış, təhlükəsiz şəraitdə, qorxusuz yaşamaq istəyən, elementar hüquqlarının təmin olunmasını tələb edən insanların mövcud sistemə, üsul-idarəyə qarşı sərt etirazı idi. Bütün dünya əsl siması Quantanamo olan ABŞ hakimiyyətinə xatırlatmalıdır ki, XXl əsrdə imperiya ambisiyaları uğurlu seçim deyil və son nəticədə ABŞ-ın özünə ziyan vuracaq.

"Azərbaycan" qəzeti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ