"ABŞ-ın "yenidənqurma”ya ehtiyacı var”. APA-nın xəbərinə görə, bunu SSRİ-in sabiq prezidenti Mixail Qorbaçov "Russia Today”a müsahibəsində deyib.
"ABŞ-ın vaxtilə SSRİ-də həyata keçirilən iqtisadi və siyasi islahatlara ehtiyacı var”, - deyə o vurğulayıb.
Amerikalıların müharibə istəmədiklərini deyən M. Qorbaçov bununla belə qeyd edib ki, ABŞ öz təzyiq siyasətini həyata keçirmək və məsuliyyəti öz üzərindən atmaq üçün düşmən obrazını yaratmağı bacarır.