Bazar günü günü, 29 noyabr 2026
     

Vaşinqtonla Moskva kəskin gərginliyin yeni mərhələsində...

Image


ABŞ-ın «Ukraynada Azadlığa Dəstək Aktı»nı imzalaması Rusiyanın aqressiyasını kritik həddə çatdırıb

Şimal qonşumuzla ABŞ arasında Ukraynaya görə yaranan qarşıdurma getdikcə daha sərt xarakter almağa başlayır. Bu hal isə, əksər ekspertlərə görə, Ukrayna böhranının yaxın tezlikdə həllini daha böyük sual altına alır. Eyni zamanda, baş verənlər qarşıdakı dövr ərzində Moskva və Vaşinqtonun özlərini daha aqressiv aparacağını göstərir.
Xüsusən də ABŞ Konqresinin yuxarı palatası olan Senatın Ukraynaya ABŞ-ın NATO-dan kənar müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan «Ukraynada azadlığa dəstək Aktı 2014» adlanan «S.2828» saylı qanun layihəsini qəbul etməsi Kremli daha çox qəzəbləndirib.
Xatırladaq ki, qanun layihəsinə əsasən, ABŞ prezidenti Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardım göstərmək üçün səlahiyyət alır. Bu yardım Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası məqsədilə ölkəyə tank əleyhinə silahlar, düşmən artilleriyasının mövqelərinin aşkarlanması üçün radarlar, taktiki müşahidə üçün pilotsuz uçuş aparatları, optik tuşlama və idarəetmə, eləcə də kommunikasiya avadanlıqları, şəxsi heyətin müdafiəsi üçün xüsusi vasitələr verilməsi və hücum silahlarına qarşı effektiv mübarizə üçün təlimlərin təşkilindən ibarət olacaq. Layihədə ABŞ prezidentindən Rusiyanın hərbi müəssisələrinə qarşı yeni sanksiyaların tətbiqi tələb olunur. Eyni zamanda, sənəddə Ukraynanın enerji təhlükəsizliyini təmin etmək, xarici mənbələrdən asılılığını azaltmaq məqsədilə bu ölkənin enerji sektoruna yardım edilməsi də əksini tapıb. Analoji qanun layihəsi aşağı palata olan Nümayəndələr Palatasına da təqdim olunub. Layihə Nümayəndələr Palatasında da qəbul edildikdən sonra qanun prezidentin təsdiqinə göndəriləcək. Prezidentin qanunu imzalayaraq onun icrasına başlamaq və ya veto qoyaraq geri göndərmək hüququ var.
Layihə Rusiya Federasiyasının nümayəndələrinə, həmçinin, Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərə qarşı sanksiyaların tətbiqi hüququnu verir. Eyni zamanda, sənədə əsasən, sanksiyalar «Qazprom», «Rosoboroneksport» və digər Rusiya şirkətləri barəsində tətbiq edilə bilər. Belə vəziyyətdə Rusiya, Vaşinqton Ukraynada böhranla əlaqədar Moskvaya qarşı yeni sanksiyalar tətbiq etdiyi yalda, buna cavab veriləcəyini bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtonu Kiyevə hərbi yardımın ayrılmasına dair yeni qanun layihəsinin qəbul edilməsi və Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiq edilməsinə görə Rusiya əleyhinə əhval-ruhiyyədə günahlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda «Ukraynada Azadlığı Müdafiə Aktı» kimi tanınan qanun layihəsinin açıq qarşıdurma və şantaj xarakteri daşıdığı bildirilib. Xarici İşlər Nazirliyi qanun layihəsinin «dərin təəssüf hissi doğuracağını» və Ukraynada böhranın sona çatdırılması üçün birgə səylərin göstərilməsi imkanlarını yox edəcəyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məsələni dekabrın 14-də Romada ABŞ dövlət katibi Con Kerri ilə görüş zamanı müzakirə edəcəyi gözlənir. Lakin belə görünür, ABŞ yeni sanksiyaların tətbiqində maraqlıdır. ABŞ prezidenti Barak Obama bu məsələ ilə bağlı bildirir: «Biz güman etsək ki, yeni sanksiyalardan sonra Putin ağlını başına yığacaq, fikrimcə, bu səhv yanaşmadır. Amma hər halda, Avropa və ABŞ uzunmüddətli perspektivdə birlikdə dayanmalıdır. Rusiya koalisiyada heç bir parçalanmanın olmadığını görsə, o vaxt onlardan eşidəcəyik ki, iqtisadi itkilər strateji üstünlükləri keçir». Bunun ardınca Ukraynanın dövlət təsərrüfat hesablı xarici ticarət və investisiya şirkəti «Ukrinmaş» ABŞ-ın «Barrett Firearms» silah şirkəti ilə müqavilə bağlayıb. Xəbərə görə, Amerika şirkətinin istehsalı olan silahlar ən qısa müddətə Ukrayna Təhlükəsizlik Xidməti və Milli Qvardiyaya çatdırılacaq. Silahların həcmi və müqavilənin icra müddəti açıqlanmayıb. «Ukroboronprom»un xəbərində deyilir: «Barrett Firearms» şirkəti odlu silah, optik cihazlar və hərbi təchizatın istehsalı üzrə Amerika şirkətidir. İxtisaslaşma böyük kalibrli snayper tüfəngləridir». Digər məlumata görə, Qərbdən intensiv yardım alan Ukraynanın bəzi hərbi hissələri cənub-şərqə doğru yerini dəyişdirəcək, bölgədə operativ ərazi idarələri və briqadaları yaradılacaq. Ukrayna müdafiə naziri Semyon Poltorak Ali Radada çıxışında bildirib ki, 2015-ci ildə hərbi planlaşdırma təhlükələrə uyğun olaraq həyata keçiriləcək. S.Poltorak Ukrayna Müdafiə Nazirliyinin hərbi xərclərini iki dəfə artırmağı təklif etdiyini deyib: «Növbəti ildə hərbi büdcə təxminən 50 milyard qrivna və ya 3,2 milyard dollar təşkil edir. Bu, Müdafiə Nazirliyinin təklif etdiyi məbləğdir».
Bu arada qeyd edək ki, ABŞ-la yanaşı, Avropa Birliyi də Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Birlik artıq Krım barəsində sanksiyaların genişləndirilməsi haqqında layihəyə baxmağa başlayıb. Sənəd qəbul edilərsə, Avropa şirkətləri yarımadada turizm biznesi ilə məşğul olmaq imkanından məhrum ola bilər. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ