Bazar günü günü, 29 noyabr 2026
     

Avropa-Rusiya qaz çəkişməsində Azərbaycanın daha bir taktikalı sıçrayışı...

Image


«Cənub axını» qaz kəməri layihəsinin dayandırılması fonunda Avropa ölkələri Azərbaycanla neft-qaz sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin sayını artırmağı düşünür. Yaxın tezlikdə bu istiqamətdə yeni addımların atılması gözlənir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Avropa Komissiyası sədrinin müavini Maroş Şevtsoviçin Rusiyanın energetika naziri Aleksandr Novakla telefon söhbətində «Cənub axını»nın ləğvi barədə məsələ təsdiqlənib.
Avropa Komissiyasının yaydığı açıqlamada «Cənub axını» layihəsinin rəsmi şəkildə ləğv olunduğu bildirilib.
Bundan əvvəl Rusiya rəsmiləri, həmçinin prezident Vladimir Putin dekabrın 1-də Türkiyədə səfərdə olarkən layihədən vaz keçdiklərini desələr də, Brüssel bunun rəsmi surətdə təsdiq olunmasını tələb etmişdi. Bundan əvvəl isə Şevtsoviç bildirmişdi ki, «Cənub axını» layihəsi ilə alınması düşünülən qaz həcmini əvəzləmək üçün Avropa Komissiyasının üç mümkün variantı var. Həmin variantlar əsas etibarı ilə Xəzər hövzəsilə bağlıdır. Beləliklə, Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri zamanı «Cənub axını» qaz kəmərinin tikintisinin dayandırıldığı, onun əvəzində Türkiyəyə eyni gücdə yeni kəmərin çəkiləcəyi barədə qərarını elan etməsi isə çoxdan unudulmuş AGRİ layihəsini, belə demək mümkünsə, dirildib. Bu günlərdə Buxarestdə Azərbaycan-Rumıniya-Gürcüstan tərəfindən bir neçə il əvvəl təsis edilmiş «SC AGRI LNG Project Company SRL» birgə şirkətinin direktorlar şurasının iclası olub. İclasda Britaniyanın «Penspen» şirkəti AGRİ interkonnektor layihəsinin texniki-iqtisadi əsaslandırılmasının son variantını təqdim edib. AGRİ layihəsi Azərbaycan qazının hazırda mövcud olan Cənub qaz kəməri ilə Gürcüstanın Qara dəniz limanına nəqlini, orada sıxılmış qaza çevrilməsini və tankerlərlə Rumıniyanın Konstantsa limanına daşınmasını nəzərdə tutur.
AGRİ şirkətinin təsisçiləri ARDNŞ, Gürcüstanın GOGC (Gürcüstan Dövlət Neft-qaz Korporasiyası) və Rumıniyanın «Romagaz» şirkətləridir. GOGC-dən bildiriblər ki, direktorlar şurası gələn ilin yanvar-fevral aylarında konsorsiumun səhmdarlarının baş assambleyasının keçirilməsini qərara alıb. Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, AGRİ layihəsi ildə üç variantda nəzərdə tutulur. Bu variantlara görə, ildə 1,5, yaxud 8 milyard kubmetr qazın Rumıniya limanına nəqli planlaşdırılır. Hansı variantın seçilməsindən asılı olaraq AGRİ layihəsinə 1,2-4,5 milyard avro yatırım qoyulmalıdır. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bildirir ki, AGRİ və ya «Azerbaican-Georgia-Romania interconnector» layihəsi Azərbaycana özünün iri qaz ehtiyatlarını bazara çıxarmaq imkanı verəcək infrastruktur layihələrindən biri ola bilər: «Bütün layihələrin mövcudluq hüququ var. Azərbaycan iri qaz ehtiyatlarına malikdir. Və bu ehtiyatların bazara çıxarılması üçün gələcəkdə AGRI-nin də rol oynaya biləcəyi infrastruktur olmalıdır». Bununla yanaşı, Abdullayev bildirib ki, bu gün ilk növbədə genişləndirilməsi üçün böyük imkanlara malik olan «Cənub qaz dəhlizi» layihəsi üzrə işlər aparılır. Onun sözlərinə görə, bazar tələb edərsə, həmin layihələrdən birinə yenidən baxıla bilər. Bütün bunlar qaz məsələsi ilə bağlı Avropa Komissiyasının yaratdığı işçi qrupun da əsas diqqət mərkəzində olacaq. Xatırladaq ki, «Cənub axını» layihəsinin keçmiş üzv dövlətləri ilə olan Bolqarıstan, İtaliya, Yunanıstan, Xorvatiya, Rumıniya, Macarıstan, Avstriya və Sloveniya qaz infrastrukturunun inkişaf etdirilməsi üzrə işçi qrup yaradıb. İşçi qrupun ilk vəzifəsi Mərkəzi və Cənub-Şərqi Avropanın enerji bazarlarının inteqrasiyasına dair tədbirlər planının hazırlanması olacaq. Qrupun məlumatında deyilir: «Qaz bazarlarının inteqrasiyası bölgədəki (Cənub-Şərqi Avropada) bütün istehlakçıların rifahı naminə lazımi infrastrukturun yaradılmasını və ümumi qaydaların tətbiq edilməsini tələb edəcək. Buna Cənub Qaz Dəhlizinin boru kəməri sistemi ilə əlaqəli olacaq maye qaz terminallarının tikintisi və ya Qara dəniz və Aralıq dənizinin şərq hissəsindəki ofşor yataqlarında qazın hasilatı və tədarükü kimi əsas regional layihələrin reallaşdırılması yolu ilə nail olmaq mümkündür».
O da vurğulanır ki, işçi qrup bölgəyə qaz tədarüklərinin şaxələndirilməsini təmin edəcək transsərhəd və transavropa layihələrinin inkişafının yüngülləşdirilməsi və icrası üzrə səyləri əlaqələndirəcək. Bu kontekstdə Yunanıstan, Bolqarıstan və Rumıniya artıq bu ölkələri birləşdirəcək Şaquli Qaz Dəhlizinin yaradılmasına dair birgə bəyanat imzalayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ