Türkiyədə İstanbul Prokurorluğu tərəfindən icra edilən və 37 nəfər haqqında həbs qərarı çıxarılan «media və polis mərkəzli paralel yapı» istintaqında şübhəlilər arasında Fətullah Gülənin də adının olduğu ortaya çıxıb.
Baki-xeber.com «Al Jazeera»yə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu əməliyyatla bağlı yazılı açıqlamasında 31 şübhəli haqqında əməliyyat keçirildiyi bildirilir.
Ancaq dosyadakı 32-ci adamın ad açıqlanmır. Səbəbi isə həmin şəxs haqqında axtarış və nəzarət qərarının olmamasıdır. Pensilvaniyada yaşan Fətullah Gülən də istintaqın şübhəlilərin arasında yer alır. Ancaq xaricdə yaşadığı üçün Gülən haqqında axtarış və nəzarət qərarı çıxarılmayıb.
Prokurorluq qaynaqlarından əldə edilən məlumata görə, istintaqın gedişində Gülən haqqında toplanan dəlillər Ədliyyə Nazirliyinə çatdırılacaq və Interpoldan qırmızı bülletenlə axtarış tələb ediləcək.
Gülən camaatının lideri Fətullah Güləni "ələ verən" video da yayılıb. Video 2009-cu il 6 aprel tarixində çəkilib. Videoda Gülən ona qarşı illərdir müxalif olan Mehmet Doğanın rəhbərlik etdiyi "Tahşiyecileri” silahlı terror qruplaşması kimi hədəf göstərib.
Bundan sonra "Zaman" qəzeti Gülənin bu hədəfini "vurmağa" başlayır. Samanyolu TV isə "Tək Türkiyə" serialında Tahşiyeciler hədəf olaraq göstərilir.
Bütün bunlarla insanlar arasında rəy yaratdıqdan sonra "Paralel hökumət"ə yaxın prokurorlar tərəfindən istintaq işlərinə başlanılır. Polislər, hakimlər tutulur.
Bugünkü əmməliyyatda həbs olunanlar isə qanunsuz təşkilat qurmaqda və dövləti ələ keçirmək cəhdində ittiham edilirlər. Mətbuat xəbər verir ki, bu, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın hazırda ABŞ-da könüllü sürgündə olan Fətullah Gülənin "Hizmet” təşkilatı üzərinə yeni həmləsidir. Həbs olunanların arasında jurnalistlərin, prodüserlərin və redaktorların olduğu xəbər verilir. Türkiyənin şərq bölgəsində bir polis rəisi də həbs edilib.
İstanbulda mənzillənmiş BBC təhlilçisi Mark Lowen bildirir ki, bu həbslərin vaxtı təsadüfi seçilməyib. Müxbir xatırladır ki, bu gün bir il əvvəl partlamış korrupsiya qalmaqalından tam bir il keçir. O vaxt polis və prokurorluq Ərdoğanı və onun yaxın çevrəsini korrupsiya iddiaları ilə hədəfləmişdi. Bu hadisələr zamanı 4 nazir istefaya getməli olmuşdu və hökumətin iflası gözlənilirdi. Lakin Ərdoğan vəziyyətə nəzarəti heyrətamiz şəkildə ələ ala bilmiş və "paralel dövlət” adlandırdığı gülənçilərə qarşı əks-hücuma keçmişdi. O zamandan bəri Ərdoğan rəqiblərinə qarşı kampaniyasını bir an da dayandırmayıb və hazırkı həbslər ona müxalif olanlar üzərinə hücumun ikinci mərhələsi kimi qiymətləndirilir.
Bununla belə, Qərb mətbuatı bildirir ki, son həbslər beynəlxalq miqyasda azad media üzərinə hücum kimi qiymətləndiriləcək. Türkiyə hazırda "Sərhədsiz müxbirlər” təşkilatının mətbuat azadlığı indeksində 180 ölkə arasında 154-cü yeri tutur.
Bir çox təhlilçilər qeyd edirlər ki, Ankara "antidövlət ünsürləri”nə qarşı mübarizənin içərisdində həm də ümumən müxalifəti zəif salmağa çalışır. Lakin Türkiyə hökuməti bu qənaətdədir ki, hazırda Qərbin siyasi xəttinə tabe olmayan Türkiyəyə qarşı qəsd həyata keçirilir.
Fətullah Gülənə bağlılığı ilə tanınan "Samanyolu” telekanalının prezidenti Hidayet Karaca İstanbulda keçirilən ayrıca reyd zamanı həbs olunarkən hadisəni "rüsvayçılıq” adlandırıb. Türkiyə ana müxalifətinin lideri Kamal Kılıçdaroglu isə son həbsləri "dövlət çevrilişinə” bənzədib.
"Zaman” qəzetinin həbsə hazır vəziyyətdə gözləməsi ondan xəbər verir ki, polisin sıralarındakı proseslərdən ona xəbərlər sızdırılırmış. Məlumatlara görə, polis "Zaman” qəzetinin binasına səhərin erkən saatlarında reyd keçirmək istəyərkən etirazçıların izdihamı ilə üzləşib. Etirazçılar polisi geri oturda bilsələr də, sonradan həbslərə başlanıb.
Qəzet hadisələrin inkişafı əsnasında məlumatları yaymaqda davam edirmiş.
"Zaman”ın baş redaktoru Ekrem Dumanlı öz fotosunu tvit edib. O şəklin altında polisin geri oturulduğunu yazıb: "Zabitlər dostlarımın demokratik reaksiyasına görə geri çəkildi. Mən öz yerimdə oturmuşam və gözləyirəm”.
Lakin bundan sonra, günorta keçirilən ikinci reyd zamanı baş redaktoru həbs ediblər.
Polis onu apararkən Dumanlı: "Qoy cinayət edənlər qorxsunlar” – deyə bildirib.
Onu da qeyd edək ki, istintaqın 2009-ci ildə Əl-Qaidə ilə əlaqəli olduqları iddiası ilə liderliyini "Molla Məhəmməd" kimi tanınan Mehmet Doğanın etdiyi və "Tahşiyeciler" kimi adlandırılan qrupa qarşı keçirilən əməliyyatı da əhatə etdiyi bildirilir. Bəzi şübhəlilərin serial vasitəsilə «Tahşiyeciler» haqqında cinayət və dəlillər uydurduğu iddia edilir. Bu Samanyolu TV-də yayımlanan bir serialda gündəmə gətirilib
2010-ci ildə Əl Qaidəyə yaxın olduğu iddia edilən «Tahşiyeciler»ə qarşı əməliyyat keçirilmişdi. Əməliyyatda 122 nəfər həbs edilmişdi. Onların arasında Tahşiyecilerin lideri 66 yaşlı Mehmet Doğan da vardı.