"Müsavat partiyasının bu gün keçirdiyi mitinq bir daha onu göstərdi ki, artıq bunların Azərbaycan cəmiyyətində nəinki dəstəyi, heç hörməti də qalmayıb". Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəliki Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, Müsavat partiyasının malik olduğu sosial baza, elektorat bundan ibarətdir:
"Uzun mddətdir guya mitinqlərə hazırlıqla bağlı müxtəlif bəyanatlar verirdilər, populyar mövzular axtarırdılar ki, kimləri cəlb edə biləcəklər, xarici təşkilatları bu işlərə cəlb edib onlardan maliyyə alacaqlar, amma nəticə etibarı ilə jurnalistlər, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olmaqla mitinqdə 400-dən bir az çox adam var idi. Bu bir daha onu göstərir ki, insanlarda bunlara heç bir inam yoxdur".