Gürcüstan rəhbərliyi ölkə daxilində Rusiya bayrağının istifadəsini qadağan edə bilər. Baki-xeber.com xəbər verir ki, belə bir tələblə Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkinin başçılıq etdiyi İslahatçılar Klubu çıxış edib.
İslahatçılar Klubu parlamentə müraciət edərək ölkə daxilində Rusiya bayrağının istifadəsinin qadağan edilməsini tələb edib. Klub Tiflis küçələrində asılan Rusiya şirkəti "Aeroflot” hava yolu reklamalarında yer alan rus bayrağının şəhər sakinlər üçün təhqir olduğunu bidirib.
Bunun qarşısının alınmasını tələb edən Islahatçılar ictimai yerlərdə Rusiya bayrağının istifadəsinə görə 2 ilə qədər həbs cəzasının verilməsini təklif edir.