ABŞ dünyanın bütün ölkələrini Moskva ilə ticarəti əlaqələrini kəsməyə çağırıb. Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, "biz bütün ölkələri, Rusiya ilə ticarət etməməyə çağırırıq".
ABŞ Dövlət Departamenti bu açıqlamaları Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri liə bağlı verib. Sözügedən səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanıb.
Psakinin sözlərinə görə, ABŞ digər ölkələrin Moskva ilə bütün əlaqələrini izləyir. Dövlət Departamenti Putinin ziyarətinə baxmayaraq, Hindistanın Amerikanın əhəmiyyətli ortağı olaraq qalmaqda davam etdiyini qeyd edib.