Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko ölkənin keçmiş prezidenti Viktor Yanukoviç və ətrafını Donbasdakı terrorçuları maliyyələşdirməkdə ittiham edib.
Baki-xeber.com xəbər verir ki, Ukraynanın "5 kanal" televiziya kanalına açıqlama verən Nalivayçenko, "Ölkə rəhbərliyindəki xainlər Ukraynadan pul oğurlayaraq təcavüzkarlara yarım edirdilər. İndi isə xainlər qaçdı, bu pullarla yaşayırlar və separatçı hərəkətlər təşkil edirlər" – deyə bildirib.
Nalivayçenko qaçaq siyasətçilərin Moskvadakı məhkəmə və vəkillər vasitəsilə Ukraynaya qarşı iddialar qaldırdığını deyib.