"Türkiyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır deyil”. APA-nın News.Am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın XİN başçısı Edvard Nalbandyan mətbuat konfransında bildirib.
O, türkiyəli həmkarı Mövlud Çavuşoğlunun bəzi şərtlər daxilində Ermənistanın regional layihələrə cəlb olunmasının mümkünlüyü barədə açıqlamasını şərh edərkən rəsmi Ankaranın ünvanına sərt ittihamlar səsləndirib.