Ukraynanın şərqində Donetskdə Rusiyameylli separatçılarla birlikdə yüzlərlə müsəlman çeçen döyüşür. Baki-xeber.com xəbər verir ki, Rusiyaya bağlı Çeçenistan Respublikasından yüzlərlə döyüşçü Ukraynadakı separatçılara qatılmaq üçün «Ölüm batalyonu» yaradıblar.
Çoxu müsəlman bölgələrindən gələn və təhlükəsizlik qüvvələrində xidmət etmiş 300-ə yaxın könüllü döyüşçü Sovet İttifaqının süqutundan bəri iki qanlı döyüşdə iştirak ediblər. «Reuters»in məlumatına görə, Donetskdən kənarda düşərgələri olan uniformalı və kamuflajlı silahlı çeçenlər «Allahu əkbər» deyərək qarlı havada təlim keçirlər.
Özlərinə «Könüllü ölüm batalyonu» ləqəbini verən qrupun komandir müavininin verdiyi məlumatlara görə, buradakı hər bir döyüşçü ən az 10-20 illik döyüş təcrübəsinə sahibdir.
Qeyd edək ki, Rusiyanın Ukraynanın şərqinə əsgər göndərldiyini deyən Qərbin iddialarına baxmayaraq, Moskva ABŞ və Avropanın Kiyev rəhbərliyinə dəstəkləməkdə günahlandırır.