Məşhur «Berlin Divarı» Ukraynada yenidən tikilir
.jpg?v=1520254601)
Sovet İttifaqının dağılmasını sürətləndirən Berlin Divarının yıxılmasından 25 il sonra Ukrayna Rusiya ilə Avropa arasında yeni bir divar çəkəcək. Baki-xeber.com xəbər verir ki, Ukrayna baş naziri Arseniy Yatsenyuk 4 il boyunca davam edəcək inşaatın 517,3 milyon dollara başa gələcəyini açıqlayıb.
Rusiya və Ukrayna arasında nəzarəti tam təmin edəcək divarın uzunluğu 2 min 295 kilometr olacaq. 2 metr təməli olacaq divarın yüksəkliyinin də 4 metr olması planlaşdırılır.
«Avropa Divarı» adlandırılan layihənin Avropa Birliyi (AB) tərəfindən dəstəkləndiyini deyən Yatsenyuk, «Rusiya ilə sərhədərimizi gücləndirəcək bu divar, AB ilə vizaların qaldırılmasına da kömək edəcək» – deyə bildirib.
Ukrayna Müdafiə Nazirliyinin 16 iyun 2014-cü il tarixli qərarı ilə sentyabr ayında inşasına başlanan divar eyni zamanda tanklardan qorunmaq üçün müxtəlif xəndəklərlə gücləndiriləcək. Tikanlı tellərdən istifadə edilən divarın inşasında müxtəlif bölgələrdə betondan da istifadə ediləcək.
Avropa Şurasının baş katibi Torbyorn Yaqland isə divarın qəbuledilməz olduğunu, bunun insanların və ailələrin gələcəklərinə müdaxilə olduğunu bildirib. Yaqlanda görə, Avropanı divarlarla bölmək əvəzinə, «Ortaq Avropa Evi» düşüncəsini gücləndirmək lazımdır.
Rusiya Federal Sərhəd Təhlükəsizliyi Agentliyindən Konstantin Busiqin isə Almaniyada olduğu kimi, Ukraynanın da divar inşa edəcəyi halda bunun uzun müddətli olmayacağını, tez ya da gec bu divarın da yıxılacağını deyib.