Türkiyə ərazisindən keçəcək, tikintisi təxirə salınmış "Cənub axını” qaz kəmərinin əvəzinə tikiləcək yeni qaz kəməri "Türk axını” adlandırıla bilər. "APA-Economics”in "Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan bildirib ki, kəmərə "Türk axını” adının verilməsinin təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir.
"Bu kəmər Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə Yunanıstanın sərhədinə kimi gələcək. Türkiyə və Avropa onlara lazım olan qədər təbii qaz ala biləcəklər. Bununla da, Türkiyə bütün regionun enerji mərkəzi olacaq”, - deyə Türkiyə prezidenti bildirib.